t s

» » Bakının mərkəzində it uşağı parçaladı - Video/+18

Bakının mərkəzində it uşağı parçaladı - Video/+18

6-12-2017, 23:39 Yazar:  Gülnar Baxılıb: 231 Çap et
Bakının mərkəzində it uşağı parçaladı - Video/+18
Bakının mərkəzində it, sahibinin əlindən çıxaraq, təxminən 6-7 yaşında olan uşağa hücum edib.

Mediaxeberleri.az
Xəzər xəbər-ə istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Nizami küçəsində baş verib. İt sahibinin yanında olsa da, qəfil uşağa hücum edərək ona xəsarət yetirib. Yaxınlıqda olan insanların köməkliyi ilə uşağı itin ağzından zorla qurtarmaq mümkün olub.

Baş verən bu hadisə xüsusilə də insanların sıx olduğu küçə və prospektlərdə, həmçinin, parklarda ev heyvanları gəzdirən şəxslərin təhlükəsizlik qaydalarına əməl etmədiyini gündəmə gətirir.

Bakı şəhər Baytarlıq İdarəsinin aparıcı həkimi Pərviz Hacıyev deyir ki, istər balaca, istərsə də böyük itləri gəzdirərkən mütləq həmin heyvanlara buruntaq taxmaq lazımdır.

Bəs buruntaqsız və ya qadağan olunan yerlərdə iti gəzdirməyə görə sahibini hansı cəza gözləyir?

Qurum rəsmisi deyir ki, belə halda əvvəlcə polis həmin şəxsi saxlayaraq protokol yazır. Sonra isə həmin protokol Bakı şəhər Baytarlıq İdarəsinə göndərilir və araşdırma aparılır.

Əgər it dişləməsi səbəbindən vətəndaş xəsarət alarsa, o zaman itin sahibi 1000-2000 manat miqdarında cərimələnə, 360 saatdan 480 saata qədər içtimai işlərə, həmçinin 1 ilədək islah işlərinə cəlb edilə və 6 ayadək müddətə azadlıqdan məhrum edilə bilər.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
20:55 Kredit borclarını ödəməyənlərin cərimələri artırıldı Qanunda dəyişiklik edilib. Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınma ilə əlaqədar cərimələrin miqdarı artırılıb. Mediaxeberleri.az xəbər verir ki, APA-nın məlumatına görə, bu, Milli Məclisin plenar iclasında qəbul edilən Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Qüvvədə
10:30 Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi Prezident Qanuna dəyişiklik etdi. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
01:17 Aborta görə cinayət məsuliyyətinin genezisi və perspektivləri Hamiləliyin süni surətdə pozulması qadınların sağlamlığına neqativ təsir göstərən mühüm tibbi-sosial amillərdən sayılır. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı abortu dünyanın əksər ölkələrindəqadınların reproduktiv sağlamlığına ciddi təhlükə yaradan problem kimi qiymətləndirmişdir.
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az