t s

» » Növbəti səyyar qəbul Göycəli kəndində oldu - Ağstafada

Növbəti səyyar qəbul Göycəli kəndində oldu - Ağstafada

6-12-2017, 19:55 Yazar:  Gülnar Baxılıb: 113 Çap et
Növbəti səyyar qəbul Göycəli kəndində oldu - Ağstafada
Ağstafa rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür.

Mediaxeberleri.az
xəbər verir ki, bu dəfə rayon icra hakimiyyəti başçısının səyyar qəbul-görüşü rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və KİV nümayəndələrinin iştirakı ilə Göycəli kəndində keçirildi.

İcra başçısı çıxışında ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən Ağstafada reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələrdən, həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs etdi.

Qeyd olundu ki, rayonumuzun bütün yaşayış məntəqələrinə olduğu kimi Göycəli kəndinə də göstərilən dövlət qayğısı yüksək səviyyədədir. Ən müasir tələblərə cavab verən Göycəli kənd tam orta məktəb binasının tikilib istifadəyə verilməsi, Vurğun qəsəbəsi, Göycəli, Tatlı, Köhnəqışlaq kəndlərini əlaqələndirən 24 km uzunluğunda olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun və bu yolun üzərində olan iki körpünün tamamilə yenidən qurulması, eləcə də kəndin əsas küçəsinə 500 metr uzunluğunda yeni asfalt örtüyünün salınması, hazırda kənd uşaq bağçası-körpələr evinin əsaslı yenidən qurulması qeyd olunanların bariz nümunəsidir. Həmçinin kəndin fasiləsiz elektrik enerjisi və təbii qaz təminatı da daim diqqətdə saxlanılır.

Cənab Məhərrəm Quliyev görüşdə iştirak edən sakinlərin müraciət və təkliflərini qəbul etdi. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verdi. Kənd ağsaqqalları Musayev Abbasəli Muxtar oğlu, Əliyev Əsəd Əli oğlu və Orucov İlyas İslam oğlu Göycəli kəndində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

Növbəti səyyar qəbul Göycəli kəndində oldu - Ağstafada
Növbəti səyyar qəbul Göycəli kəndində oldu - Ağstafada
Növbəti səyyar qəbul Göycəli kəndində oldu - Ağstafada




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:42 Növbəti səyyar qəbul Dağ Kəsəmən kəndində oldu - Ağstafada Cəbhə bölgəsində yerləşən Ağstafa rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür. Mediaxeberleri.az
01:04 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi - AĞSTAFADA 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdən əvvəl toplantı iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.
09:42 “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirilib Biləsuvarda rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az