t s

» » "Koroğlu” stansiyasının qarşısındakı kənd təsərrüfatı yarmarkası yığışdırılır

"Koroğlu” stansiyasının qarşısındakı kənd təsərrüfatı yarmarkası yığışdırılır

6-12-2017, 17:34 Yazar:  Məmməd Məmmədov Baxılıb: 41 Çap et
"Koroğlu” stansiyasının qarşısındakı kənd təsərrüfatı yarmarkası yığışdırılır"Bakı metropoliteni”nin "Koroğlu” stansiyasının qarşısında bayram yarmarkasının yerində qurulan kənd təsərrüfatı yarmarkasının yığışdırılmasına başlanılıb.

Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, ərazidə balıq satışı dayandırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib ki, "Koroğlu" stansiyasının qarşısında meyvə-tərəvəz, göyərti satılması da qadağan olunacaq: "Verilən tapşırığa uyğun olaraq, həmin ərazidə balıq satışı dayandırılıb, çünki balıq qoxusu vətəndaşların narazılığına səbəb olub".

Qeyd edək ki, hər il bayramlar ərəfəsində Bakıda metro çıxışlarında yarmarkalar təşkil olunur, çadırlar qurulur. Bu il də "Yeni il" bayramı ərəfəsi paytaxtda yolka, onun aksesuarları, xırda oyuncaqlar, işıq effektləri və s. bu kimi malların satışı üçün yarmarkalar təşkil olunub. "Koroğlu” stansiyasının çıxışında bayram yarmarkası üçün nəzərdə tutulan yerdə isə kənd təsərrüfatı mallarının satışı təşkil olunub. Balıq qoxusu ilə bağlı sakinlərin, metro istifadəçilərin ciddi narazılığı yaranıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:12 Baytarlıq Xidmətinin şok maxinasiyası: - Azər Süleymanov bal yarmarkasını necə zəhərləyir? Ölkə rəhbərliyinin xüsusi diqqətdə saxladığı məsələlərdən biri də əhalini kənd təsərrüfatı məhsulları ilə təmin etmək, habelə süni-qiymətartımının qarşısını almaqdır. Bu məqsədilə Respublikanın rayon və şəhərlərində kənd təsərrüfatı yarmarkaları təşkil edilir. Bu yarmarkalarda Dövlət Baytarlıq
08:54 Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir «Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi… (5-ci yazı) «Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son
10:07 Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ «Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti
12:53 GDU-da “MƏZUN-2015” ADLI ƏMƏK YARMARKASI (FOTO) Mediaxeberleri.az xəbər verir ki, 29 may 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində rektor professor Yusif Yusibovun rəhbərliyi və təcrübə və karyera şöbəsinin təşəbbüskarlığı ilə “Məzun-2015” adlı əmək yarmarkası tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Yusif müəllim ilk öncə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az