t s

» » Özəl şirkətlərdə və dövlət qurumlarında nə qədər Qarabağ qazisi işləyir? - SORĞU

Özəl şirkətlərdə və dövlət qurumlarında nə qədər Qarabağ qazisi işləyir? - SORĞU

6-12-2017, 16:43 Yazar:  Məmməd Məmmədov Baxılıb: 54 Çap et
Özəl şirkətlərdə və dövlət qurumlarında nə qədər Qarabağ qazisi işləyir? - SORĞUBir neçə gün öncə SOCAR müxtəlif strukturlarında 779 nəfər əlilin çalışması haqda məlumat yayımlayıb. Məlumata görə, onlardan 153-ü Qarabağ müharibəsi qaziləridir.

Maraqlıdır, digər qurumlarda çalışan Qarabağ qazilərinin sayı nə qədərdir?

Mediaxeberleri.az mövzunu araşdırmaq üçün kiçik sorğu keçirib.

Bəlli olub ki, hazırda mobil operator olan “Azercell”də hazırda 3 Qarabağ əlili çalışır.

Mediaxeberleri.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən isə Cebhe.info-ya verilən məlumata görə, qurumun 11 mindən artıq işçisi var. Onlar arasında Qarabağ qaziləri də var. Lakin bu haqda konkret bir məlumat açıqlanmayıb.

“Azəristilik” Açıq Səhmdar Cəmiyyətinin Abonentlərlə Xidmət Şöbəsinin müdiri Rafiq Əliyev də konkret rəqəm açıqlamayıb:

“Oturaq işlə əlaqədar şəxsi işə götürərkən onun ayağının birinin olub, olmaması önəm kəsb etmir. Bu mənada heç bir fərq qoyulmur. Bu səbəbdən də xüsusi bir araşdırma aparmamışıq ki, bizdə nə qədər Qarabağ qazisi çalışır”.

“Kapital Bank”dan Cebhe.info-ya verilən məlumata görə, onlarda bu istiqamətdə konkret rəqəm yoxdur:

“Kapital Bank-da çalışanlar arasında Qarabağ qaziləri var. Lakin dəqiq sayını bilmirəm”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində çalışan Qarabağ qazilərinin sayı 478-dir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:58 Gəncə şəhər sakini İlham Əliyevə yenidən müraciət etdi: "Azərsu” Açıq Səhmdar Cəmiyyəti təxribatla məşğuldur. Redaksiyamıza Gəncə şəhərində qeydiyyatda olan Elçin Məhəmməd oğlu Cavadov tərəfindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən növbəti şikayət məktubu daxil olub. Mediaxeberleri.az olaraq, Prezidentə müraciət edən vətəndaşın məktubunu olduğu kimi təqdim edirik
08:40 Milyonların su kimi axdığı, kef məclislərinə çevrilmiş dövlət qurumu – AZƏRSU Ölkədə ən çox yeyinti olan qurumlardan birinin “Azərsu” ASC-i olduğu hər kəsə bəllidir. Dəfələrlə bu idarədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində ciddi yeyintilər, qanunun pozuntuları, külli miqdarda rüşvət, dövlətin ayırdığı
20:10 "Azercell Telekom" MMC-nin oğurluğunu sübut etdim və onlar balansıma 11 azn yüklədilər Fakturalı xətt və Tələbə birliyi tarifinin abunəçiləri internet paketlərdən istifadə edərkən diqqətli olun !!! Bu sözləri Mediaxeberleri.az-a Pərviz Xəlilov adlı "Azercell Telekom" MMC-nin abunə istifadəçisi, elektron poçt vasitəsi ilə ünvanlayıb. Redaksiyamıza göndərilən məktubu olduğu kimi
01:06 ŞOK! “Azercell”in baş gicəlləndirən korrupsiyası “Azercell”in dillerləri “TeliaSonera” şirkətinin rəhbəri cənab Yohan Dennelində müraciət etdilər; Vahid Mürsəliyev və Georgios Chatzis kimlərin çiynində qərar tutub? 2014-cü ildə Azərbaycan mətbuatında “TeliaSonera” şirkətlər qrupunun və onun ölkəmizdə törəməsi olan “Azercell”in fəaliyyəti
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az