t s

» » AFFA danışılmış oyunlarla bağlı daha bir nəfəri futboldan ömürlük uzaqlaşdırıb

AFFA danışılmış oyunlarla bağlı daha bir nəfəri futboldan ömürlük uzaqlaşdırıb

6-12-2017, 12:45 Yazar:  Gülnar Baxılıb: 40 Çap et
AFFA danışılmış oyunlarla bağlı daha bir nəfəri futboldan ömürlük uzaqlaşdırıbBu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Mediaxeberleri.az saytının məlumatına görə, yığıncaqda danışılmış oyunlarla bağlı növbəti sərt qərar verilib.

Belə ki, “İnter”in (hazırkı “Keşlə”) və “Neftçi”nin sabiq əməkdaşı Ağakişi Mehdizadə barədə araşdırma yekunlaşıb. “Ağ-qaralar”ın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və məşqçi-metodist kimi çalışan Mehdizadənin assosiasiyaya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə ona futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsinə də qərar verilib.

Sanksiyaya məruz qalan Mehdizadə bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apelyasiya Arbitraj Tribunalına qərarla bağlı apelyasiya şikayəti verə bilər.

Qeyd edək ki, bunadək “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov da ömürlük cəzalandırılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:45 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs" Milyonları yeyənlərə, dövlətin və millətin təhlükəsizliyini zərbə altına qoyanlara, insanların təkcə var-dövlətlərini deyil, ömürlərini də çalanlara, ölkəni iqtisadi böhrana sürükləyənlərə, banklardan milyardlarla dollar pul oğurlayanlara 8, 10, 12, «pataloku» 15 il iş verirlər. Aldıqları həbs
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
17:36 CEMPİONLUGA LAYIQ OLAN KOMANDA – NEFTCALA FC MEDİAXEBERLERİ.AZ XƏBƏR VERİR Kİ, BU GÜN NEFTCALA FUTBOL KOMANDASININ BAŞ MƏŞQİCİSİ KAMAL QULİYEV BOYUKTURK.NET-in QONAGI OLUB. Kamal müəllim özünüz haqqinda ətrafli məlumat verərdiniz? Mən Kamal Quliyev Agaseyid oglu 1976-ildə Agsu rayonunda anadan olmuşam valideynlərimin ikisi də müəllim
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az