t s

» » Bu rayonun təhsilinə Mikayıl Cabbarov da dərman tapa bilmədi... - GİLEY

Bu rayonun təhsilinə Mikayıl Cabbarov da dərman tapa bilmədi... - GİLEY

6-12-2017, 10:54 Yazar:  Məmməd Məmmədov Baxılıb: 77 Çap et
Bu rayonun təhsilinə Mikayıl Cabbarov da dərman tapa bilmədi... - GİLEYLaçın rayon 8 nömrəli ümumi orta məktəbin müəllimi Hüseynov Alış Mirsiyyaf oğlu Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovdan şikayətçidir.

Mediaxeberleri.az-a açıqlama verən şikayətçi A.Hüseynov iddia edir ki, N.Həsənov qanunsuz əməllərlə məşğuldur. Onun sözlərinə görə, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov təhsilin inkişafına kölgə salır:

“Nicat Həsənov müdir işləməzdən əvvəl, on il müddətinə kağız üzərində, heç bir fəaliyyəti olmayan Laçın rayon Uşaq Gənclər və İdman məktəbinin direktoru işləyib. Heç bir maddi texniki bazası olmayan məktəbin fəaliyyəti müddətində orada idman dərəcəsi olan hər hansı bir müəllim işləməyib. Bu on ildə heç bir idmançı yetişdirməyib. Laçın rayonunda maliyyə idarəsinin müdiri işləyən qardaşının köməkliyi ilə bir sıra işlər görüb. Belə ki, məktəb Bakı şəhərində fəaliyyət göstərdiyi halda Nicat Həsənov Bakı şəhərində keçirilən yarışlarda iştirak etmək üçün Laçın rayon Taxt-körpü qəsəbəsindən uşaqlar gətirib. Buna görə ayda bir neçə dəfə ezamiyyət yazaraq külli miqdarda pul mənimsəyib. 10-dan artıq idman qrupu ayrı-ayrı məktəblərdə deyil, bir məktəbdə cəmləşdirilib. Bu faktlar bizim kənardan müşahidə etdiyimiz korrupsiya əməllərinin kiçik bir hissəsidir. Nicat Həsənov həmin idman məktəbindən əldə etdiyi vəsaitlərin hesabına Laçın rayon Təhsil Şöbəsini bazara çevirib”.

Şikayətçinin sözlərinə görə, ilin əvvəlində direktorları çağıraraq onlardan da pul alır, sinifləri və müəllimlərin dərs saatlarını satır:

“Hər məktəbdən 800-1000 manat alır, bir sinifi 1000-1500 manata satır. Məktəblərdə vakansiyaları gizlədir, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçən gənc müəllimlərin dərs saatlarını 1000-1500 manat arası pulun qarşılığında müqavilə ilə işə götürdüyü savadsız müəllimlərə verir. Hərbi rəhbər ştatlarını 1500-2000 manata, psixoloq ştatını 1500 manata, uşaq yaradıcılıq birliklərini 1000 manata, hətta, texniki işçi ştatlarını 500 manata və daha yuxarı qiymətə satır. Dərs bölgüsü Diaqnostik Qiymətləndirmənin (DQ) nəticələrinə uyğun bölünməlidir. Lakin Nicat Həsənov direktorların əli ilə çox bal toplayan müəllimlərə az, az bal toplayan müəllimlərə çox dərs saatı verir. Şəhər məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin valideynlərindən 500-800 manat pul alaraq, onları Laçın məktəblərinə köçürtdürür. Hər məktəbin sinif komplektlərinin sayına uyğun on sinfi olan məktəblərdən 100 manat, 15 sinfi olanlardan isə 150 manat aylıq alır. Bundan istifadə edən direktorlar daha çox pul yığır. Bir müəllim kimi xahiş edirəm ki, bu məsələyə ciddi yanaşılsın.Təhsilimizin Nicat Həsənov tərəfindən gəlir mənbəyinə çevrilməsinin qarşısının alınmasını istəyirəm”.

Qarşı tərəfin də mövqeyini öyrəndik. Laçın rayon təhsil şöbəsinin müdiri Nicat Həsənov Cebhe.info-ya açıqlama verib. O bildirib ki, haqqında səsləndirilən fikirlər iftiradır. Onun sözlərinə görə, adıçəkilən müəllimin bacısının həyat yoldaşı çalışdığı məktəbin direktorudur:

"Məktəbdə bütün biologiya dərsləri Alış müəllimə verilib. Sadəcə olaraq, onların arasında şəxsi problemlər var. Bu səbəbdən də şikayətdə adım hallanır. Belə də olmalıdır".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
15:56 Mikayıl Cabbarov Dəliməmmədlidə kadr tapmır? “Gündəm Xəbər” qəzetinin ötən saylarının birində Goranboy rayonu Dəliməmmədli şəhər tam orta məktəbində baş verən çoxsaylı qanunsuzluqlardan, məktəb direktorunun, onun müavininin təcrübəli, peşəkar müəllimləri gözümçıxdıya salmalarından və digər olaylardan az-çox bəhs etmişdik. Yazıb onu da qeyd
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az