t s

» » Bakıda verilən "mavi yanacağ"ın tərkibinə hava vurulur? - İDDİA

Bakıda verilən "mavi yanacağ"ın tərkibinə hava vurulur? - İDDİA

6-12-2017, 10:33 Yazar:  Məmməd Məmmədov Baxılıb: 34 Çap et
Bakıda verilən "mavi yanacağ"ın tərkibinə hava vurulur? - İDDİA
Cebhe.info-nun redaksiyasına daxil olan şikayətlərdə iddia olunur ki, xeyli vaxtdır "havalı qaz”la təchiz olunurlar.

"Qaz yerinə hava gəlir. Amma sayğac işləyir axı?! Kubu 10 qəpikdir, 1 saat da hava gəlməlidir ki, ardınca qaz gəlsin. 1 saat boş-boşuna sayğac yazsa, görün ayda nə qədər pul edir. İdarədən deyirlər ki, əskiyimiz var. Əskiyi də əhalidən yığırlar”, - deyə Etibar İmanov adlı şikayətçi bildirib.

Ümumiyyətlə, paytaxt sakinləri dəfələrlə "Azəriqaz” İstehsalat Birliyinin evlərə gedən qaz xətlərinə hava vurmasına dair tez-tez şikayət edirlər. "Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev isə deyilənlərlə razılaşmır:

"Qaz xəttinə müdaxilə etmək, hansısa hava vurmaq anlayışı yoxdur. Qaz təsərrüfatında təhlükəsizlik və istismar qaydalarında belə bir şey əks olunmayıb. Əgər belə bir şey olarsa, dəqiq ünvanı bildikdən sonra əməkdaşlar tərəfindən hadisə yerinə yollanıb baxırlar, məsələyə aydınlıq gətirirlər".

Onu da əlavə edək ki, təkcə sosial şəbəkələrdə olan şikayətləri toplamaqla, narazılığın kütləvi olduğunu söyləmək olardı. Çünki qışda evlərə ya qaz verilmir, ya fasilələrlə verilir, ya qazın təzyiqi aşağı olur, yaxud da, qazın bərpası zamanı xətlərdən hava gəlir. Nəticədə, abonentlər sayğaca qaz yükləyir, pulunu vaxtlı-vaxtında ödəyir, amma qaz ölkəsinin sakinləri normal "mavi yanacaq"la təmin olunmur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:08 Azərqaz İB.Şəmkir Regional Qaz İstismar İdarəsi MƏHKƏMƏYƏ VERİLİR Qaz sayğacının heç bir qoruyucu qutusu yoxdur. Sayğac quraşdırılan zaman belə hallar nəzərə alınmalıdır.Qoruyucu qutunun da kim tərəfindən alınıb quraşdırılması haqqında məlumatım yoxdur. Ağstafa rayonu, Qıraq Kəsəmən kənd sakini Qurbanova Lalə Vəli qızı “Azəriqaz”ın Şəmkir
21:54 Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Xidmət Sahəsidən prezidentə şikayət olundu - NARAZILIQ VAR... Məndən cərimənin ödənməsini tələb edirlər. Halbuki sayğac dəyişilməyənəcən ona biz tərəfdən heç bir müdaxilə edilməyib. Əgər sayğaca müdaxilə olmuşdusa Qaz İstismarı İdarəsinin əməkdaşları bunu yerindəcə mənə bildirməli idilər. Ancaq onlar bunu mənə sayğac çıxarılıb aparılandan sonra deyiblər ki,
11:59 Daha bir dövlət qurumunda struktur islahatı gözlənilir - "Azəriqaz" niyə "nişangaha gəldi"? Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin (İB) fəaliyyəti əhali tərəfindən müsbət qiymətləndirilmir. Çünki sözügedən qurum vətəndaşları keyfiyyətli və fasiləsiz olaraq mavi yanacaqla təmin edə bilmir. Halbuki, birliyin qarşısında duran əsas vəzifə istehlakçıların fasiləsiz şəkildə
23:06 “Azəriqaz”da dəhşətli maxinasiyalar Hər ay işçilərə 1 milyon «paket maaş» hansı «əməliyyatların» hesabına verilir? 2.5 kubmetr/saat gücündə olan sayğacların 4.0 kubmetr/saat gücündə olan sayğaclarla əvəzlənməsinin sirri “Azəriqaz” və onun rəhbəri Əkbər Hacıyev barədə “Azadlıq”a şok müraciət daxil olub. Müraciəti uzun müddət
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az