t s

» » Prezident iki naziri niyə dəyişdi – növbədə kimlər var?

Prezident iki naziri niyə dəyişdi – növbədə kimlər var?

6-12-2017, 09:21 Yazar:  Gülnar Baxılıb: 69 Çap et
Prezident iki naziri niyə dəyişdi – növbədə kimlər var?
Vergilər naziri Fazil Məmmədov vəzifəsindən çıxarıldı, onu bitirən səbəblər bu yazıda; qovulan nazirin yerinə Mikayıl Cabbarov təyin edildi;

2017-ci ildən start götürən permanent kadr dəyişikliyi davam edəcək


Prezident İlham Əliyev komandasında mühüm dəyişiklik edib. Dekabrın 5-də prezident vergilər naziri Fazil Məmmədovu tutduğu vəzifədən azad edib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad olunub; o, başqa bir sərəncamla vergilər naziri təyin edilib.

Qeyd edək ki, son vaxtlar Fazil Məmmədovun rəhbərlik etdiyi nazirliyin fəaliyyətindən sahibkarlar, iş adamları ciddi narazılıq edirdilər. Sahibkarlar qeyd edirdilər ki, vergi müfəttişləri onlara gözünü açmağa imkan vermir, ən müxtəlif bəhanələrlə “haqq” tələb edir, cərimə yazırdılar. Bu barədə “Yeni Müsavat”ın ötən saylarında yazılar dərc etmişdik. Yazılarda o da qeyd olunurdu ki, Fazil Məmmədovun tutduğu postdan kənarlaşdırılması gözləniləndir. Hətta onun istefaya göndərilməsi üçün müraciət etdiyi, son vaxtlar, ümumiyyətlə işdə görünmədiyinə dair iddialar da vardı. Daha sonra bu iddialar təsdiqləndi və məlum oldu ki, Fazil Məmmədov tutduğu vəzifəni daha icra etmək istəmir, ya da onu icra edəcək vəziyyətdə deyil.

Musavat.com yazır ki, F.Məmmədovun vəzifəsindən azad olunmasının bir səbəbi də MTN işi çərçivəsində istintaqın bir ucunun vergilər naziri və onun müavinlərinə gedib çıxdığı ola bilər. Fazil Məmmədovun sahibkarların maliyyə göstəricilərinin MTN çetesinə çatdırılmasında müəyyən rolunun olması şübhə doğurur. Hətta F.Məmmədovun da sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov kimi Eldar Mahmudova aylıq haqq ödədiyi barədə də iddialar var.

Prezident iki naziri niyə dəyişdi – növbədə kimlər var?


F.Məmmədovun vəzifəsini itirməsinin daha bir səbəbi sahibkarların son vaxtlar getdikcə güclənən narazılığı da ola bilər. Xatırladaq ki, prezidentin təşəbbüsü ilə sahibkarlıq subyektlərinin yoxlamaları dayandırılıb. Bu zaman yalnız vergi yoxlamalarına icazə verilib. Vergi orqanları isə bu statusdan ifrat səviyyədə istifadə etməkdəydilər.

Vergi orqanı ilə sahibkar münasibətləri, sahibkarlıq subyektlərilə iş prinsipləri və ümumilikdə dövlət-sahibkar münasibətlərində müasir dövrün tələblərinə uyğun hər hansı ciddi addım müşahidə etmək olmur. Bundan əlavə, vergi orqanlarında ciddi şəkildə peşəkar kadrların çatışmazlığı da açıq hiss olunur.

Bütün bunların yekunu olaraq F.Məmmədovun vəzifədən alınmasına qərar verilib. Maraqlıdır ki, prezidentin bununla bağlı sərəncamı elan olunan gün F.Məmmədovun nazirlikdə geniş kollegiya iclası keçirməsinə dair məlumat da yayılmışdı. İclasda əsas müzakirə mövzusu vergi orqanlarının dövlət büdcəsi proqnozlarına vaxtında əməl olunması üçün səfərbər edilməsi olub.

Azərbaycanın post-neft dövrü üçün vergi sistemində islahatlar olduqca mühüm məsələdir və son illərdə bu yöndə müəyyən addımlar atılmışdı. Fazil Məmmədovun yerinə etibarlı, potensiallı, Qərb metodlarını mənimsəmiş şəxs kimi, habelə Təhsil Nazirliyində rəhbər olduğu müddətdə şəffaf mühit yaratmağa müvəffəq olmuş Mikayıl Cabbarovun gətirilməsi ondan xəbər verir ki, dövlət rəhbərliyi vergi sistemini maksimum şəffaflaşdırmaq, köklü islahatlar aparmaq qərarında israrlıdır. Ekspertlər hesab edir ki, Mikayıl Cabbarov vergi sistemində çalışmasa da, bir nazir olaraq şəffaflığı təmin etməyə qadir olduğunu təsdiqlədiyi üçün bu posta müvafiq hesab olunub. Lakin o, iqtisadi sferadan kənar şəxs deyil. Mikayıl Cabbarov 2004-2009 -cu illərdə iqtisadi inkişaf nazirinin müavini vəzifəsini tutub. Daha sonra mürəkkəb təsərrüfat olan “İçərişəhər” Dövlət Qoruğunun rəhbəri vəzifəsini uğurla icra edib. Onun təhsil naziri kimi fəaliyyəti də bu sistemin sağlamlaşdırılması, islahatların aparılması və şəffaflaşdırma istiqamətində olub.

Daha bir maraqlı məqam isə yeni təhsil nazirinin kim olacağı ilə bağlıdır. Qəzet çapa hazırlananda bu barədə rəsmi məlumat yox idi. Lakin nazirlik başsız da qalmayıb - Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Bayramov təhsil nazirinin vəzifələrini icra edəcək. Bundan öncə Ceyhun Bayramov Azərbaycan təhsil nazirinin müavini vəzifəsində çalışıb.

Prezident iki naziri niyə dəyişdi – növbədə kimlər var?


Məsələyə siyasi tərəfdən yanaşan ekspertlər bildirir ki, 2018-ci il seçki ili olduğundan prezidentin idarəetmədə ciddi dəyişikliklər edəcəyi, qarşıdakı aylarda 2 və ya 3 naziri də yeniləyəcəyi, habelə icra başçılarının bir çoxunun dəyişdiriləcəyi gözlənilir. Görünən budur ki, dövlət rəhbərliyi 2017-ci ildən daha ciddi start götürən kadr dəyişikliklərini genişləndirir. Bir zamanlar “Yeni Müsavat” gözlənilən bu prosesə şərti olaraq, “Ağ inqilab” adı vermişdi və iddia etmişdi ki, prezident ölkənin icra sistemini dəyişəcək, neqativ yüklü və artıq oliqarxlaşmış məmurları vəzifəsindən azad edəcək. Onların yerinə isə Azərbaycana özünün gətirdiyi ASAN sistemini quracaq. Yəni rüşvətsiz, korrupsiyasız, şəffaf bir icra sistemi inşa ediləcək. Hazırda ASAN Xidmət kimi tanınan bu sistem əslində prezidentin pilot layihəsidir; onu təkmilləşdirərərək, özünün gələcək siyasi sistemini bu model əsasında qurmağı planlaşdırır.

Vergilər sistemi ölkə iqtidarının iş sektoru ilə təmas xəttidir. Buranı təmizləmək, insaniləşdirmək və ASAN-laşdırmaq əslində ən mühüm islahatlardan biridir. Bu səbəbdən də sistemin başına elə birisi gətirilməlidir ki, o, rüşvət almasın, oliqarx olmasın, feodal heç olmasın; Mikayıl Cabbarov bu tələblərə cavab verən bir fiqurdur.

Beləliklə, hökumətdə ciddi, permanent dəyişikliklər davam edir. Bu prosesdə hökumətin başçısının da dəyişəcəyi gözləniləndir. Bu baxımdan, hələ bizi qarşıda çox maraqlı proses gözləyir.

Prezident iki naziri niyə dəyişdi – növbədə kimlər var?


Ən sonda: Bu gün vergilər naziri təyin olunan Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

ABŞ-da Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür.

İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib.

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.

2004-cü il fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub.

2009-cu il martın 6-dan isə “İçərişəhər” Qoruğunun direktoru kimi fəaliyyət göstərib.

Ailəlidir, iki uşağı var.

“Yeni Müsavat”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az