t s

» » Qazaxda su kanal və arxlar təmizlənir

Qazaxda su kanal və arxlar təmizlənir

6-12-2017, 08:50 Yazar:  İlham Hacalı Baxılıb: 152 Çap et
Qazaxda su kanal və arxlar təmizlənir
Ölkəmizdə neft sektorunun güclü inkişafı ilə yanaşı qeyri-neft sektorunun inkişafına da diqqət və məsuliyyətlə yanaşılır. Artıq Prezident İlham Əliyevin xalqa verdiyi vədlər tamamilə öz həllini tapmaq üzrədir. Yeni-yeni iş yerlərinin açılması, daxili və xarici siyasətin uğurla həyata keçirilməsi, əhalinin maddi-rifah halının yaxşılaşması onu göstərir ki, ölkə başçısı ilə xalq artıq bir müstəvi üzərindədir.


Prezident İlham Əliyevin qeyri-neft sektoruna ayırdığı diqqət və qayğı yerlərdə də birmənalı şəkildə həyata keçirilir. O cümlədən, Qazax rayonunda da icra başçısı Rəcəb Babaşovun gördükləri böyük işlər cənab İlham Əliyevin sərəncam və göstərişlərinə yekdilliklə əməl olunmasının baris nümunəsidir.

Bu il rayonda əkilən kənd təsərrüfatı məhsullarından əldə olunan gəlir onu göstərdi ki, bol-bol torpaq sahələrini əkib-becərməklə hər bir şəxs öz maddi-rifah halını yaxşılaşdırmağa qabildir. Əkilən 100 hektarlarla kartof, çuğundur və buğda kimi kənd təsərrüfatı məhsulları hərçənd ki, bu il quraqlıq keçsə də lazımi səviyyədə suvarılmış, traktor və kombaynların istifadə edilməsində heç bir çətinliyə təsadüf edilməmişdir. Təbii ki, bu işdə Qazax RİH-nin başçısı Rəcəb Babaşovun gərgin əməyi danılmazdır. Bu gün rayon əhalisi icra başçısı Rəcəb Babaşovdan yüksək səviyyədə razılıq edirlər.

Rayonda apardığı mühüm işlırin davamı kimi cənab Rəcəb Babaşov təsərrüfat məhsullarının daha yaxşı suvarılması üçün su kanal və arxların təmizlənməsi üçün də aidiyyəti təşkilat və müəssisə rəhbərlərinə ciddi göstəriş vermiş, nəticədə bu il ümumi uzunluğu 261 km olan kanal və arxların təmizlənməsi işləri qarşıya qoyulmuşdur. Bu məqsədlə bütün kəndlərdə artıq elliklə kanal və arxların təmizlənməsinə başlanılıb. Bildirilib ki, onun 55 km-i beton üzlüyə alınıb. Yerdə qalan 261 km-in 143 km-nin texnika, 63 km-nin isə əllə təmizlənməsi nəzərdə tutulub.

Dünən Qazax RİH-nin başçısı Rəcəb Babaşov su kanallarında və su arxlarında görülən işlərlə tanış olmaq üçün rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı və Daş Salahlı kəndlərində olub. Tədbirdə icra başçısı ilə birlikdə müxtəlif mətbuat orqanlarını təmsil edən jurnalistlər də iştirak edib.
Qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi üçün kifayət qədər texnika ayrılıb. Əl ilə görülən işləri isə kənd sakinləri könüllü olaraq özləri həyata keçirir, bu yolda qüvvə və bacarıqlarını əsirgəmirlər. Əvvəlcədən lazımi qədər texnika ayrılmasının, əhalinin bu işə könüllü və ürəklə yanaşmasının nəticəsidir ki, arx və kanallar sürətlə təmizlənir, yararlı hala salınır.

Tanışlıq zamanı bu ümumxalq işində iştirak edən bütün kənd sakinləri arxların təmizlənməsinin vacibliyini qeyd edərək bununla əlaqədar tapşırıq verdiyinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Qazaxda su kanal və arxlar təmizlənir
Qazaxda su kanal və arxlar təmizlənir




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
22:35 QAZAXDA BABAŞOV PREZİDENT SİYASƏTİNİ NECƏ HƏYATA KEÇİRİR? Rəcəb Babaşovun Qazax Rayon İcra Hakimiyyətinə təyinatından aylar ötdükcə rayonda hər an görülən əsaslı işlərin sayı qat-qat artır. Şəhərə girəcəkdən ən son kəndinə kimi aparılan abadlıq –quruculuq işləri Qazaxa gələn qonaqları və yerli sakinləri heyrətə gətirir. Ağsaqqallar və ağbirçəklər ahıl
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az