t s

» » Çempionlar Liqasında “pley-off”a yüksələn ilk səkkiz komanda

Çempionlar Liqasında “pley-off”a yüksələn ilk səkkiz komanda

6-12-2017, 08:36 Yazar:  Gülnar Baxılıb: 33 Çap et
Çempionlar Liqasında “pley-off”a yüksələn ilk səkkiz komanda
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində sonuncu tura start verilib.

İlk oyun günündə A, B, C və D qruplarından 1/8 final mərhələyə vəsiqə qazanan 8 komandanın adı məlum olub.

A qrupunda son turda MOİK-i 2:1 hesabı ilə məğlub edən “Mançester Yunayted” birinci, səfərdə “Benfika”dan 2:0 hesabı ilə üstün olan “Bazel” isə ikinci yerdən “pley-off”a yüksəlib.

B qrupunda əvvəlcədən hər şey məlum olsa da, “Bavariya” və PSJ komandaları son turda ilk pillənin sahibini müəyyənləşdiriblər. Doğma meydanda Fransa təmsilçisini 3:1 hesabı ilə məğlub etməsinə baxmayaraq, Almaniya çempionu ikinci yerdən 1/8 finala çıxıb.

Azərbaycan çempionu “Qarabağ”ın da yer aldığı C qrupunda “Roma” və “Çelsi” komandaları hərəyə 11 xal toplayıblar. Şəxsi görüşlərdə üstün olan İtaliya təmsilçisi birinci, “Çelsi” isə ikinci olub.

D qrupunda isə “Barselona” “Nou Kamp”da “Sportinq”i 2:0 hesabı ilə, “Yuventus” isə eyni hesabla səfərdə “Olimpiakos”u məğlub edib. Bu qrupda Kataloniya komandası 14 xalla birinci yerdən, Turin təmsilçisi isə 11 xalla ikinci pillədən 1/8 final mərhələ yüksəlib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
09:13 Çempionlar Liqasında V tura start verilir Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək. Mediaxeberleri.az xəbər verir ki, ilk oyun günüdə E, F, G və H qruplarında yer alan kollektivlər üz-üzə gələcək. Səkkiz müxtəlif ölkədə baş tutacaq matçlardan sonra daha 6 komandanın 1/8 finala vəsiqəni təmin etmək
09:41 UEFA “Qarabağ”dan yazdı UEFA-nın rəsmi saytı Çempionlar Liqasının qrup mərhələsinin IV turu ərəfəsində “Qarabağ” – “Çelsi” oyunu haqqında yazı hazırlayıb. Mediaxeberleri.az “Apasport.az”a istinadən xəbər verir ki, yazıda iki komandanın buraqədərki çıxışları və matçın pərdəarxası məqamlarından bəhs olunub. Sözügedən
09:27 Günün oyunu - “Qarabağ” “Roma”ya qarşı Futbol üzrə Çempionlar Liqasında bu gün keçiriləcək daha 8 oyunla II tura yekun vurulacaq. Mediaxeberleri.az-ın məlumatına görə, günün ilk matçı Bakıda “Qarabağ”la İtaliya “Roma”sı arasında olacaq. Qalan 7 qarşılaşma isə eyni saatda başlanacaq. Mərkəzi görüş elə C qrupunda İspaniya "Atletiko"su
00:57 “Çelsi”, "Bavariya", "Barselona" və PSJ-dən böyükhesablı qələbə Bu gün UEFA Çempionlar Liqasında 2017/18 mövsümünün qrup mərhələsinə start verilib və ilk oyun günündə 8 qarşılaşma keçirilib. Tarixində ilk dəfə ÇL-in qrup mərhələsinə yüksələn Azərbaycan çempionu “Qarabağ”ı səfərdə “Çelsi”-yə böyük hesabla məğlub olub. Qrupun digər matçında isə “Roma” öz

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az