t s

» » "Qarabağ" "Roma"ya məğlub oldu

"Qarabağ" "Roma"ya məğlub oldu

6-12-2017, 08:34 Yazar:  Gülnar Baxılıb: 38 Çap et
"Qarabağ" "Roma"ya məğlub oldu
Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” sonuncu oyununa çıxıb.

Ağdam təmsilçisi İtaliyada “Roma”nın qonağı olub.

Qrupdan çıxmaq şansını itirən komandamız üçün bu oyun formal xarakter daşısa da, romalılar üçün əhəmiyyəti böyük idi. “Canavarlar” 1/8 finala çıxmaq üçün qələbə qazanmalı idilər. Perottinin vurduğu yeganə qol meydan sahiblərinə qələbə gətirib.

Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.


5 dekabr

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

C qrupu

“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) 1:0
Qol: Perotti, 53

Baş hakim: Tobias Stieler
Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu

"Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) 1:1
Qollar: Niquez, 56 (0:1). Saviç, 75 (1:1)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:19 Bu gün “Qarabağ” İtaliyada “Roma” ilə qarşılaşacaq Bu gün “Qarabağ” komandası 2017/18 mövsümündə Çempionlar Liqasında son oyununu keçirəcək. Mediaxeberleri.az “Report”a istinadən bildirir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin VI turu çərçivəsində “Roma”nın qonağı olacaq. Cari mövsümdə qitənin ən nüfuzlu klub
10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
09:41 UEFA “Qarabağ”dan yazdı UEFA-nın rəsmi saytı Çempionlar Liqasının qrup mərhələsinin IV turu ərəfəsində “Qarabağ” – “Çelsi” oyunu haqqında yazı hazırlayıb. Mediaxeberleri.az “Apasport.az”a istinadən xəbər verir ki, yazıda iki komandanın buraqədərki çıxışları və matçın pərdəarxası məqamlarından bəhs olunub. Sözügedən
01:56 "Qarabağ" Madriddən xalla qayıdır Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib. Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə “Atletiko”nun sınağından üzü ağ çıxdı. Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da,
08:22 "Qarabağ" "Atletiko"ya qarşı Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək. Mediaxeberleri.az-ın xəbərinə görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə “Atletiko”nun qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az