t s

» » Hökumətin iclası gedə-gedə iki iri məmur həbs edildi

Hökumətin iclası gedə-gedə iki iri məmur həbs edildi

25-03-2015, 18:08 Yazar:  Aygün Baxılıb: 316 Çap et
Hökumətin iclası gedə-gedə iki iri məmur həbs edildiUkrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasının gedişində iki yüksək vəzifəli dövlət məmurunun həbsi həyata keçirilib.

Ukrayna xəbər saytlarının verdiyi məlumata görə, hökumətin iclası davam edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları zala daxil olublar və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski ilə onun müavini Vasili Stoyetskiyə qarşı ittihamı onların üzünə oxuyaraq qollarına qandal keçiriblər və aparıblar. Onlar Cinayət Məcəlləsinin 208-ci maddəsi – Ukrayna xaricində qeyri-qanuni olaraq valyuta hesabları açmaq və ya istifadə etməkdə günahlandırılır.

Belə ki, Boçkovski və Stoyetski özəl şirkətlərdən süni olaraq yüksək göstərilən qiymətlərlə yanacaq alaraq, vəsait köçürülərkən həmin vəsaitin bir hissəsini öz şəxsi hesablarına keçirməkdə ittiham olunur. Daxili işlər naziri Arsen Avakov sxemin çox sadə olduğunu bildirib: “Bu sadə sxem çərçivəsində dövlət satınalmaları özəl şirkət vasitəsilə həyata keçirilir və həmin şirkət ödəmələri Cersi adasındakı ofşor şirkətə edir. Cersi adasından isə pullar Boçkovski və Stoyetskiyə məxsus digər özəl şirkətə gedir”.

Daxili işlər nazirin müşaviri Anton Geraşşenko Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin və antiterror əməliyyatının ehtiyacları üçün nəzərdə tutulan yanacağın “LUKoyl” və “Alyans” şirkətlərindən şişirdilmiş qiymətlərlə alındığını söyləyib: “Bu vəsaitin 15-20%-i “otkat” kimi Boçkovski və Stoyetskinin Cersi adası və Kiprdəki hesablarına köçürülüb. DİN-in son 6 ay ərzində apardığı operatv-axtarış tədbirləri nəticəsində dövlət xidmətinin rəhbərliyi başda olmaqla, bütün korrupsiya vertikalını aşkarlamaq və sənədləşdirmək mümkün olub. Nazir Avakovun dediyi kimi, yüksək səviyyəli korrupsionerlərin kameralar qarşısında həbsi tamaşa deyil, hər kəs üçün bir növ peyvənddir ki, Ukrayna cəmiyyəti artıq bundan sonra hakimiyyət dairələrindəki korrupsionerlərə dözüm göstərməyəcək”.

Baş nazir Arseni Yasenyuk S.Boçkovski ilə bağlı olan firmaların hesablarındakı əməliyyatların izlənməsi üçün avropalı və amerikalı tərəfdaşlara müraciət edəcəyini bildirib.

Daxil işlər nazirinin müşaviri Zoryan Şkiryak müvəqqəti olaraq Fövqəladə Hallar üzrə Dövlət Xidməti sədrinin səlahiyyətlərinin icraçısı təyin edilib (APA).




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:34 Təklif - Baş nazir postunu və bir çox nazirlikləri ləğv edək Prezident Administrasiyası ilə Nazirlər Kabineti iqtisadiyyatın, təhsilin və elmin idarə edilməsində, digər mühüm həyati əhəmiyyətli sahələrin idarə olunmasında paralel strukturlara malikdirlər. Azərbaycan Konstitusiyasına görə ölkəmiz prezident respublikasıdır. Nazirliklərimizin Nazirlər
02:39 Beyləqan təhsilində icra başçısına söykənən maliyyə maxinasiyaları - bir məktəbdə pullar necə mənimsənilir... Təhsil Nazirliyinin (TN) tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin acınacaqlı durumu göz qabağındadır. Qeyd edək ki, təhsilin bu sahəsinin inkişaf etdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və orta məktəbi yarıda saxlayıb peşə təhsilinə yiyələnmək istəyən şagirdləri
18:51 Nazir oğlunun milyonluq toyu - VİDEO Dünyaca məşhur dizaynerlər Kamaləddin Heydərovun oğlunun toy zalını bəzəyir Azərbaycanın Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov kiçik oğlu Nicatın toyu baş tutacaq "Buta palace"-ı güllərlə bəzəmək üçün Birləşmiş Ərəb Əmirliklərindən floristlər dəvət edib. JAM.AZ "LuxLife"a istinadən xəbər
18:29 Yol polisi ilə bağlı ombudsmana 172 şikayət göndərilib "Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, əvvəlki illərdə olduğu kimi, ötən il tutulan və ya həbs olunan şəxslərə işgəncə vermə, habelə qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və cəzaya məruz qoyma faktları qeydə alınmayıb. Lakin idarədaxili nəzarət qaydasında aşkarlanan
18:13 Kremlə sərt ittiham - Ukrayna prezidenti Moskvanı Maydan qətliamında günahlandırıb Ukrayna prezidenti Pyotr Poroşenko Moskvanı ötən il Kiyevin Maydanında nümayişçilərin snayper atəşinə tutulmasında birbaşa əli olmaqda ittiham edib. Qətllərin birinci ildönümündə ittiham irəli sürən prezident Ukrayna xüsusi xidmət orqanlarında buna dair dəlillərin olduğunu söyləyib. P.Poroşenko

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az