t s

» » Saakaşvili belə həbs olundu – Video

Saakaşvili belə həbs olundu – Video

5-12-2017, 13:50 Yazar:  Gülnar Baxılıb: 72 Çap et
Saakaşvili belə həbs olundu – Video
Mixail Saakaşvilinin evinə naməlum şəxslər hücum edib.

u barədə informasiyanı öz Feysbuk səhifəsində Ukrayna Baş prokurorunun keçmiş müavini David Sakvarelidze paylaşıb. Onun sözlərinə görə, hazırda bu şəxslər Saakaşvilinin evinin qapısını sındırmağa çalışırlar. Sakvarelidze həmçinin eks-prezidentin tərəfdarlarını Saakaşvilinin evinin qarşısına toplanmağa çağırıb.

Ukrayna mətbuatına açıqlamasında isə Sakvarelidze Saakaşvilinin hazırda yaşadığı binanın damında olduğunu bildirib. Eks-müavin həmçinin hazırda onun evində axtarış aparıldığını vurğulayıb.

***

Hazırda Saakaşvili evin damında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıq aparır. Siyasətçi bildirib ki, ona toxunacaqları təqdirdə özünü damdan atacaq.



Saakaşvilinin yaşadığı binanın önündə onun tərəfdarları ilə polis arasında toqquşma yaşanıb.

Artıq hüquq-mühafizə orqanları da siyasətçinin evində yoxlamalar apardığını təsdiqləyiblər. Yoxlamalarda Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları da iştirak ediblər. Ukrayna mətbuatı isə yoxlamaların Saakaşvilinin mitinqlərinin Yanukoviç hökumətinin nümayəndələri tərəfindən maliyyələşdirilməsi ittihamı ilə bağlı aparıldığı haqqında informasiya yayıb.

Saakaşvili həmçinin evinin damından tərəfdarlarına müraciət edib. O, tərəfdarlarını provokasiyaya getməməyə çağırıb. Saakaşvili həmçinin onu Pyotr Poroşenkonun əmri ilə həbs etmək istədiklərini söyləyib.Axar.az


Saakaşvilinin tərəfdarları liderlərinin həbs edildiyi görüntüsünü yayıblar.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
17:00 Saakaşvilinin səs yazısı ölkələri bir-birinə vurdu Gürcüstan höküməti sabiq prezidenti ölkənin daxili işlərinə qarışmaqda ittiham edir. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Rustavi-2” telekanalı ilə bağlı telefon danışığının ortaya çıxması Ukrayna və Gürcüstan hakimiyyətini üz-üzə qoyub. Mediaxeberleri.az xəbər verir ki, ANS
16:33 Hacı İbrahim Nehrəmli ilə bağlı çinli iş adamına və Çin dövlətinə qeyri-adi xəbərdarlıq - "Ehtiyatlı olun, sizə da "atacaq""... Az əvvəl məlumat verərək bildirdik ki, “Avesta” Konserninin prezidenti, “Xəzər adaları” şəhər layihəsinin müəllifi Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) Azərbaycanda səfərdə olan Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla görüşüb. Xəbərdə deyilirdi ki,
23:22 Eldar Mahmudov erməni casuslarından danışdı "Bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar" “İndiki mürəkkəb dövrdə kəşfiyyat fəaliyyətinin səmərəli təşkili mühüm amildir. Ölkəmizə qarşı təhdidlər, düşmən və rəqib dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az