t s

» » Rufiz Qonaqov: “Bütün platformalarda dövlətimizin maraqlarını qorumalıyıq”

Rufiz Qonaqov: “Bütün platformalarda dövlətimizin maraqlarını qorumalıyıq”

4-12-2017, 21:26 Yazar:  Gülnar Baxılıb: 252 Çap et
Rufiz Qonaqov: “Bütün platformalarda dövlətimizin maraqlarını qorumalıyıq”
İctimai maraq və dövlət maraqlarının təmin olunması bu gün çox vacib olan məsələlərdəndir.

Müasir dövrümüzün reallıqları, qloballaşma, dövlətlərin öz maraqlarını həyata keçirmək istiqamətində həyata keçirdiyi və çox təəssüf ki, savaşlar, toqquşmalar, xalqların bir-birinə qarşı qoyulması, beynəlxalq hüquq normalarının tapdalanması, müxtəlif qrupların əli ilə dövlətlərin daxili işlərinə müdaxilə edilməsi ilə müşahidə olunan siyasət dövlətin maraqlarının qorunmasının nə qədər zəruri və çətin olduğunu ortaya qoyur.

Bu, xüsusilə Azərbaycan kimi həssas regionda yerləşən, zəngin enerji ehtiyatlarına malik, torpaqlarının 20 faizinə qədəri Ermənistan tərəfindən işğal edilən, müstəqil daxili və xarici siyasət həyata keçirən dövlət üçün çox aktual məsələdir. İctimai maraq dedikdə bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür.

Cəmiyyətin maraqlarını ifadə edən ictimai institutlar dövlətin maraqlarının təmin olunması sahəsində aktiv rol oynamalıdır. Bu həm daxili, həm də xarici palftormalarda fəaliyyəti əhatə edir. Məsələn, dövlət daxildə ictimai marağı ifadə edən müxtəlif sektorların inkişafını maliyyələşdirməklə onların maraqlarını təmin etmiş olur. Prezident yanındı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun, QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər fondların yaradılması ilə dövlət həmin sahələrin inkişafına dəstək verir. Həmin sahələrdə müxtəlif layihələri maliyyələşdirməklə ictimai marağın təmin olunmasına çalışır. Eyni zamanda dövlətin marağı tələb edir ki, ictimai institutlar, vətəndaş cəmiyyətinin ayrı-ayrı sektorunu əhatə edən qurumlar ölkəmizə, dövlətimizin maraqlarına qarşı yönələn təhdidlərə qarşı xarici platformalarda mübarizə aparsınlar. Biz bu gün dünyada müxtəlif dövlətlərin “yumşaq güc” adı altında ictimai institutlardan necə istifadə etdiklərinin şahidi oluruq. Bəzi dövlətlər öz maraqlarını təmin etmək üçün başqa dövlətin daxili işinə qarışmaq, ona təzyiq etməyin ən yaxşı yolu kimi ictimai institulardan- mediadan, QHT-lərdən fəal şəkildə istifadə edirlər. Azərbaycan dünyada azsaylı dövlətlərdən biridir ki, müstəqil siyasət aparır və rəsmi Bakının siyasətində əsas məsələ xalqımızın və dövlətimizin maraqlarının təmin olumasıdır. Torpaqlarımızın işğal altında olduğu, erməni lobbisi kimi mənfur bir strukturun təhdidləri ilə üz-üzə qaldığımız bir vaxtda ictimai maraq dövlətimizin daha da güclənməsini, onun maraqlarını hər platformada qorunmasını tələb edir. Azərbaycanda siyasi və sosial-iqtisadi sahələrdə islahatların aparılması ölkədə qeyri-hökumət təşkilatlarının, insan hüquqları ilə bağlı cəmiyyətlərin, vətəndaş cəmiyyətinin varlığını təcəssüm etdirən digər strukturların fəal inkişafına əlverişli şəraitin yaradılmasına kömək edib.

Bu məsələ ilə bağlı “Palitra”ya açıqlama verən tanınmış ekspert, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov qeyd etdi ki, Azərbaycan dövlətinin maraqları, sözsüz ki, bizim üçün həmişə öndə olmalıdır:

“Siyasi mənsubiyyətindən, ictimai vəzifəsindən asılı olmayaraq, dövlət maraqları hər bir vətəndaş üçün öndə olmalıdır. Müharibə aparan ölkəyik və ərazimizin 20 faizə yaxını Ermənistan tərəfindən işğal olunub. Eyni zamanda Azərbaycan neft-qaz ehtiyatlarına malik ölkə kimi regionun lideridir. Dünyanın gözü inkişaf edən Azərbaycandır. Bu gün, demək olar ki, dünyanın bütün aparıcı şəxsiyyətləri, dövlət başçıları baş nazirlər, keçmiş dövlət başçıları, Nobel mükafatçıları, parlament üzvləri ölkəmizə səfərlərə gəlir. Eyni zamanda dövlət başçımız xarici səfərlərdə olur müxtəlif görüşlər keçirir. Yəni Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan dünyanın diqqət mərkəzində olan dövlətdir. Azərbaycan həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən dövlətdir. Heç bir ölkədə bir ay və ya bir il ərzində bu qədər tədbirlər keçirilmir. Bütün bunlar imkan verir ki, Azərbaycan vətəndaşları öz dövlətlərini daha çox sevsin, onunla fəxr etsinlər. Nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı nə qədər təhdid var, ölkəmizə qarşı mübarizə aparaq erməni lobbisi var. Müxtəlif dairələr vaxtaşırı olaraq beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə qarşı təzyiqlər etməyə çalışırlar. Belə vəziyyətdə hər birimiz ayıq- sayıq olmalı və dövlətimizin maraqlarının qorunmasına çalışmalıyıq. Azərbaycan xalqı dövlət başçısı ilə həmrəydir və həmrəyliyin nəticəsi kimi dövlət başçımız müstəqil daxili və xarici siyasət aparır. Bu uğurları nəzərdə tutan dövlət başçımız dəfələrlə bildirib ki, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurur, sazişlər imzalayır. Ölkəmiz beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilib. Ona görə də bu gün ölkəmizin dünyadakı yerini, nüfuzunu yaxşı bilməli və dövlətimizin maraqlarını qorumağı bacarmalıyıq. Bütün platformalarda dövlətimizi maraqlarını qorumalıyıq. İctimai maraqla dövlətin maraqları üst-üstə düşür”.

Ekspert bildirir ki, dövlət ictimai institutların, vətəndaş cəmiyyəti institutlarının inkişafı ilə bağlı bütün mümkün olan tədbirləri həyata keçirir:

“Dövlət azad sözün, medianın inkişafında maraqlıdır. Eyni zamanda medianın, QHT sektorunun inkişafını təmin etmək üçün onlara yardım edir. Bu gün ölkəmizdə KİV-in inkişafına Dövlət Dəstəyi Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Elm Fondu, Bilik Fondu var. Bu kimi publik qurumların sayı kifayət qədərdir. Dövlət ictimai sektorun inkişafı üçün bu sahədə müxtəlif layihələrin həyata keçirilməsini maliyyələşdirir. Dövlət ictimai marağı nəzərə alaraq bu sahənin inkişafına çalışır. Eyni sözü siyasi partiyalar haqqında da demək olar. Partiyaların sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu qurumların maraqları xalqın, cəmiyyətin maraqları ilə üst-üstə düşürsə yəni, onlar ictimai maraqlardan çıxış edirsə, deməli, onların marağı dövlətin maraqları ilə üst-üstə düşür”.

Anar Miriyev




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
10:10 Əbədiyaşarlıq rəmzi - Əli Həsənov Heydər Əliyevdən YAZDI XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az