t s

» » Ağstafada Beynəlxalq Əlillər günü qeyd edilib-FOTO

Ağstafada Beynəlxalq Əlillər günü qeyd edilib-FOTO

2-12-2017, 23:43 Yazar:  Məmməd Məmmədov Baxılıb: 99 Çap et
Ağstafada Beynəlxalq Əlillər günü qeyd edilib-FOTO
Bu gün 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Ağstafa şəhər “Yazıçılar Evi”ndə tədbir keçirilib.

Mediaxeberleri.az
bildirir ki, Ağstafa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Aydın Hacıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin direktor müavini Azər İmamverdiyev və başqaları çıxış edərək dövlətin həyata keçirdiyi sosial yönümlü layihlərdən, bilavasitə Prezident İlham Əliyevin əlillərə göstərdiyi diqqət və qayğıdan söz açaraq bu münasibətin Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasətdən irəli gəldiyini vurğulayıblar. Bu münasibətlə əlilləri təbrik etdilər.

Çıxışçılar eyni zamanda Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əlillərin sosial rifahının və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımları da önə çəkiblər. Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Aydın Hacıyev rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq Ağstafa rayonunda yaşayan əlillər və müharibə veteranlarına göstərilən isti münasibətdən və bu kimi tədbirlərin davamlı şəkildə keçirildiyindən söz açıb.

Tədbir iştirakçıları, Ölkəmizdə əlillərə göstərilən yüksək dövlət qayğısından geniş danışdılar. O cümlədən Ağstafa rayonunda da əlillərin sosial rifahları hər zaman yüksək diqqət mərkəzində saxlanılır. Bayramlarda onlar yad edilərək sovqatlar paylanılır, birdəfəlik maddi yardımlar olunur. Dövlət başçısının tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülüb və görülməkdədir. Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Ümumilikdə, son illərdə 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. O cümlədən Ağstafada 4 ədəd çoxmənzilli (84 mənzil) və 10 ədəd fərdi yaşayış evi tikilib əlillərin istifadəsinə verilmişdir. Əlillərin minik avtomobilləri ilə təminatı proqramı da həyata keçirilir. Minik maşını ilə təmin olunan əlillərin də sayı ildən-ilə artır. Son illərdə Ağstafada 16 əlil minik avtomobili təmin olunmuşdur.

Tədbirdə həmçinin qeyd olundu ki, Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır.

Tədbirdə iştirak edən əlillər göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər. Eyni zamanda, rayonda dövlət siyasətini həyata keçirən İcra Hakimiyyətinin onlara göstərdiyi münasibət də minnətdarlıq hissi ilə qeyd olunub. Tədbirin sonunda iştirakçılara Rayon İcra Hakimiyyəti adından müxtəlif hədiyyələr təqdim olunub.

Ağstafada Beynəlxalq Əlillər günü qeyd edilib-FOTO
Ağstafada Beynəlxalq Əlillər günü qeyd edilib-FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
15:29 Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verildi 6 mərtəbəli 54 mənzilli yaşayış binası və 5 ədəd fərdi yaşayış evi istifadəyə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Beyləqan rayonunda 54 mənzilli yaşayış binasını və 6 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərininvə şəhid ailələrinin istifadəsinə verdi. Bu barədə
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az