t s

» » Ağgöl kəndinə təbii qazın verilməsi münasibəti ilə geniş tədbir keçirildi - Ağstafada

Ağgöl kəndinə təbii qazın verilməsi münasibəti ilə geniş tədbir keçirildi - Ağstafada

1-12-2017, 18:30 Yazar:  Gülnar Baxılıb: 83 Çap et
Ağgöl kəndinə təbii qazın verilməsi münasibəti ilə geniş tədbir keçirildi - Ağstafada
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılmasına dair verdiyi tapşırıq Ağstafa rayonunda da uğurla icra olunmaqdadır. Bu gün rayon mərkəzindən 53 km məsafədə yerləşən Ağgöl kəndində ilk dəfə təbii qazın verilməsi münasibəti mərasim keçirilmişdir. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Şəmkir Regional Qaz-İstismarı İdarəsinin rəisi Osman Behbudov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak etmişlər.

Mediaxeberleri.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin başçısı ilk öncə bu münasibətlə kənd sakinlərini təbrik etdi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Ağstafa rayonunun da yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ağgöl kəndinə təbii qazın verilməsi ilə ümumilikdə rayonun 39 yaşayış məntəqəsindən 38-nə təbii qazın verilməsi təmin olunur. Bu isə o deməkdir ki, yaxın zamanda Böyük Kəsik kəndinə təbii qazın verilməsi ilə Ağstafa rayonu 100 faiz təbii qazla təmin edilmiş rayon olacaqdır. Təbii ki, rayonun mavi yanacaqla tam təmin olunması, hər bir evin isidilməsi əhalimizin həyat səviyyəsinin, sosial rifah halının daha da yüksəlməsinə təkan vermiş olur. Bi isə ölkə rəhbərliyinin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının nətciəsidir.

Sonra Şəmkir Regional Qaz-İstismarı İdarəsinin rəisi tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Ağgöl kəndinin qazlaşdırılması üçün 1107metr daşıyıcı xətt, 6674 metr paylayıcı xətt çəkilmişdir. Kəndin daxilində isə orta təzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları və fərdi tənzimləyici quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün, ümumilikdə, 7781 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Kənddə 592 nəfər yəni, 100 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə edəcək.

Mərasimdə çıxış edən kənd ictimaiyyətinin nümayəndələri Mansurov Kəmaləddin, Musayeva Ofeliya, Şəmilov Ramiz bütün kənd əhalisi adından bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarının ifadə edilər.

Daha sonra cənab Məhərrəm Quliyev kənd ağsaqqalları ilə birlikdə Ağgöl kəndinə təbii qazın verilməsini ifadə edən rəmzi məşəli alovlandırdılar.

Ağgöl kəndinə təbii qazın verilməsi münasibəti ilə geniş tədbir keçirildi - Ağstafada
Ağgöl kəndinə təbii qazın verilməsi münasibəti ilə geniş tədbir keçirildi - Ağstafada
Ağgöl kəndinə təbii qazın verilməsi münasibəti ilə geniş tədbir keçirildi - Ağstafada
Ağgöl kəndinə təbii qazın verilməsi münasibəti ilə geniş tədbir keçirildi - Ağstafada




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
01:04 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi - AĞSTAFADA 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdən əvvəl toplantı iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az