t s

» » “Ağstafa rayonunda elektron kadastr uçotu informasiya sisteminin yaradılması” ilə əlaqədar tədbir

“Ağstafa rayonunda elektron kadastr uçotu informasiya sisteminin yaradılması” ilə əlaqədar tədbir

30-11-2017, 20:59 Yazar:  Gülnar Baxılıb: 76 Çap et
“Ağstafa rayonunda elektron kadastr uçotu informasiya sisteminin yaradılması” ilə əlaqədar tədbir
Bu gün Ağstafa rayon Mədəniyyət Mərkəzində “Ağstafa rayonunda elektron kadastr uçotu informasiya sisteminin yaradılması” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin nümayəndələri, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətnin Yerquruluşu torpaq kadastrı və torpaq monitorinq şöbəsinin müdiri, layihə işçi qrupunun rəhbəri Əliqulu Cabbarov, idarə və təşkilat rəhbərləri iştirak edirdilər.

Mediaxeberleri.az
xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev qeyd etdi ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 07 mart 2016-cı il tarixli Fərmanına əsasən həyata keçirilir. Fərmanda torpaq münasibətlərinin səmərəli tənzimlənməsi istiqamətində Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və ölkə üzrə rəqəmsal kadastr xəritələrinin tərtibi Qaydaları da əksini tapıb. Eyni zamanda, Fərmana əsasən torpaqların elektron uçotu ilə əlaqədar ictimaiyyətin maairfləndiriləndirilməsi, görülən işlər barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi barədə tapşırıqlar verilib Layihə işçi qrupunun rəhbəri Əliqulu Cabbarov diqqətə çatdırılıb ki, artıq ölkə üzrə elektron kadastr xəritələrinin tərtibi işləri həyata keçirilir. 2019-cu ilin sonuna ölkənin 3 milyon 200 min hektar ərazisində dəqiq torpaq uçotu işləri aparılacaqdır. Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə başlanılıb.

Tədbirdə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı slayd şou nümayiş etdirilib. Qeyd olunub ki, müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır.

Tədbirdə Uçot Sisteminin gələcək nəticələri və ölkə iqtisadiyyatına səmərəsi barədə məlumat verilib. Bildirilib ki, 2020-ci ilə Azərbaycanın bütün torpaqlarının uçotu işi yekunlaşacaq, torpaqlar təkcə kəmiyyətinə görə deyil, eyni zamanda keyfiyyət göstəricilərinə görə də uçota alınacaqdır. Bu sistemin mövcudluğu və rəqəmsal kadastr xəritələrinin istifadəyə verilməsi, ölkədə kadastr xidmətinin də bütövlükdə elektron xidmətlər sırasına keçməsinə şərait yaradacaqdır.
Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əks etdirir. Həmçinin Sistem torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyə, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadə və onların mühafizəsinə nəzarət etməyə imkan verir. Torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində səmərəli tədbirlərin görülməsinə, torpaq ehtiyatlarının kəmiyyət göstəricilərini müəyyənləşdirməyə, torpaq balansını tərtib etməyə zəmin yaradır.

Tədbirdə qeyd olunub ki, bu işlər nəticəsində torpaq ehtiyatlarının idarə edilməsinin, əmlak münasibətlərinin tənzimlənməsinin dövlət mexanizmi təkmilləşəcək. Torpaqların sənəd göstəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq.
Əmlak (torpaq) üzərində hüquqların dövlət qeydiyyatı işi daha da sadələşəcək. "Plan-ölçü" sənədinin verilməsi işi elektron xidmətlər sırasına daxil ediləcək. Torpaq münbitliyinin artırılması, qorunması ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi üçün mötəbər məlumat bazası yaranacaqdır.

Torpaqla bağlı stimullaşdırma tədbirləri, subsidiyaların, güzəştli kreditlərin verilməsi Sistem məlumatları əsasında aparılacaq. Sahibkarlara, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə dövlət dəstəyinin daha operativ həyata keçirilməsi üçün imkanlar yaranacaqdır.

Tədbirdə məsələ ilə əlaqədar suallar cavablandırılıb, təqdimatlar olub və qarşılıqlı müzakirələr aparılıb.

“Ağstafa rayonunda elektron kadastr uçotu informasiya sisteminin yaradılması” ilə əlaqədar tədbir




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:41 Kərəm Həsənovdan icra başçılarına əzələ nümayişi - Yoxlamalar başlayır Araşdırmalar göstərib ki, hazırda icarəyə verilən dövlət torpaqlarının bir hissəsindən ümumiyyətlə istifadə edilmir. Belə ki, respublikanın şəhər və rayonları üzrə 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1.2 mln. hektar torpaq sahəsinin 44.3 min hektarı faktiki istifadəsiz qalıb Bu
17:51 Torpaqların elektron uçotu Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasını təmin edəcək 2016-cı ildə respublikanın 23 rayonunda torpaqların elektron kadastr uçotu sisteminin qurulması istiqamətində iş aparılması planlaşdırılır Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı məsələlər Əmlak Məsələləri Dövlət
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
19:39 Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı - FƏRMAN Yeni qaydalar təsdiqlənib. Prezident İlham Əliyev Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Mediaxeberleri.az[b][/b]-ın məlumatına görə, fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az