t s

» » Azərbaycana tərəfə keçən erməni əsgərin anası: “Sonuncu dəfə evə gələndə ovqatı təlx idi”

Azərbaycana tərəfə keçən erməni əsgərin anası: “Sonuncu dəfə evə gələndə ovqatı təlx idi”

25-03-2015, 17:13 Yazar:  Məmməd Məmmədov Baxılıb: 430 Çap et
Azərbaycana tərəfə keçən erməni əsgərin anası: “Sonuncu dəfə evə gələndə ovqatı təlx idi”Azərbaycan ordusuna təslim olan erməni əsgər Andranik Qriqoryanın validenyləri danışıb.

Mediaxeberleri.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Andranikin anası Azadlıq Radiosunun Ermənistan xidmətinə deyib ki, oğlunun hərbi xidmətdə problemləri vardı: “Sonuncu dəfə evə gələndə ovqatı təlx idi. Niyə əhvalın xarabdır sualına isə cavab vermirdi. Hərbi hissənin komandanlığından xahiş etmişdi ki, onu başqa yerdə hərbi xidmətə keçirsinlər”.

Qriqoryan martın 22-də təslim olub. Onun əlində ağ bayraq Azərbaycan mövqelərinə yaxınlaşan videogörüntüləri yayılıb. Erməni tərəfi bu videonu qurama adlandırır.

Qriqoryan Azərbaycanın Xocavənd rayonunun (ermənilər ona Martuni deyir) Berdaşen kəndindəndir.

Kəndin icra nümayəndəsi mətbuata açıqlamasında Qriqoryanı təhqir edib:

“Kənddə uşaqdan böyüyə hamı o oğlanı söyür. Onu kəndin ən əclaf adamı sayırlar. Əgər o doğrudan da belə anormal hərəkət edibsə, erməni xalqını satıbsa, türklərin tərəfinə keçibsə, mən yalnız bir şey deyə bilərəm, onun ağlı yerində deyil”.

Amma kənd sakinlərinin çoxu Andraniki necə adam kimi tanıyırsınız sualına “yaxşı, normal” cavabları veriblər.

Azərbaycan tərəfi isə erməni əsgərin könüllü təslim olduğunu bildirir.

Müdafiə Nazirliyi əsgərin öz hərəkətini əsaslandıran videosunu da yayıb. Qriqoryan orada deyir: “Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram...

Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizi
rlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:49 Azərbaycan tərəfinə könüllü keçən erməni hərbçisinin vəziyyəti ilə bağlı - RƏSMİ AÇIQLAMA “Onunla insan hüquqları normaları daxilində rəftar edilir”. Müdafiə Nazirliyi könüllü olaraq Azərbaycan tərəfinə keçən erməni hərbçisinin vəziyyəti ilə bağlı açıqlama verib. Mediaxeberleri.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki,
20:39 ŞOK: Azərbaycan tərəfə keçən erməni əsgərin atası həbs edildi Martın 22-də günorta saatlarında ilkin məlunata görə 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim
19:47 “Ermənistan ordusunda ancaq debillər xidmət edir?” “İmkanları olsa, hətta Andranik Qriqoryanın, ümumiyyətlə, mövcudluğunu təkzib edərlər. Əvvəlcədən də bizim üçün aydın idi ki, könüllü surətdə qoşunlarımızın nəzarətində olan əraziyə keçən erməni hərbçisi barədə yayımlanan kadrların həqiqiliyinə düşmən tərəfi şübhə yaratmağa və onu təkzib etməyə
03:23 Azərbaycana keçən düşmən ordunun əsgəri yaşamaq istədiyini bildirib- VİDEO "Video səhnələşdirilib. Əsgər təzyiq altında o ifadələri deyib" Bunu Dağlıq Qarabağdakı separatçı rejiminin sözcüsü David Babayan AzadlıqRadiosunun erməni xidmətinə deyib. David Babayan martın 22-də Azərbaycan tərəfinə keçən erməni əsgərinə təzyiq edildiyini bildirib: «Ona görə belə düşünürük
18:17 Erməni hərbçi əsir düşdü - Düşmən ordu qorxu içindədir Andranik Araratoviç Qriqoryan Azərbaycan Ordusuna təslim olub Ermənistan ordusunun hərbi xidmətçisi Andranik Araratoviç Qriqoryan Azərbaycan tərəfinə keçib. 1991-ci il təvəllüdlü Andranik Qriqoryan qoşunların təmas xəttindəki döyüş postunu tərk edərən Azərbaycan əsgərlərinə təslim olub. Hadisə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az