t s

» » MŞ sədri QDİƏT-in Parlament Məclisi Baş Assambleyasının sessiyasında çıxış edib

MŞ sədri QDİƏT-in Parlament Məclisi Baş Assambleyasının sessiyasında çıxış edib

30-11-2017, 13:50 Yazar:  Gülnar Baxılıb: 64 Çap et
MŞ sədri QDİƏT-in Parlament Məclisi  Baş Assambleyasının sessiyasında çıxış edib
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 50-ci sessiyasında çıxış edib.

Mediaxeberleri.az
-ın məlumatına görə, Ə.Amaşov bildirib ki, QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişafı son dərəcə vacibdir və bu istiqamətdəki fəaliyyət qurum daxilində perspektiv əməkdaşlıq üçün böyük bazadır. Deputat çıxışında əsasən ölkəmizdə “ASAN Xidmət” modeli ilə bağlı söhbət açaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin uğurla fəaliyyəti dövlət qurumlarının işinin əlaqələndirilməsi, təkmilləşdirilməsi, səmərəliliyinin artırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Burada eyni zamanda vətəndaşlara xidmətin təmərküzləşməsi məsələsi də önəmlidir.

Ə.Amaşov çıxışında həmçinin 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyətinə də toxunub.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında Ə.Amaşovla yanaşı Milli Məclisinin deputatları Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva və Çingiz Qənizadə iştirak ediblər.

QDİƏT-in Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında təşkilatın tarixində ilk dəfə olaraq bəyannamə qəbul olunub ki, həmin sənəddə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsinə dair bənd də öz əksini tapıb. Bu, Ermənistanın sessiyada iştirak edən nümayəndələrinin etirazına səbəb olub.

MŞ sədri QDİƏT-in Parlament Məclisi  Baş Assambleyasının sessiyasında çıxış edib




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
19:39 Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı - FƏRMAN Yeni qaydalar təsdiqlənib. Prezident İlham Əliyev Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Mediaxeberleri.az[b][/b]-ın məlumatına görə, fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az