t s

» » MDB məkanında olmayan müəssisə Ağstafada

MDB məkanında olmayan müəssisə Ağstafada

29-11-2017, 11:10 Yazar:  Gülnar Baxılıb: 240 Çap et
MDB məkanında olmayan müəssisə Ağstafada
Ağstafa ölkəmizdə ən gənc rayonlardan biridir. Gənc olmasına baxmayaraq, Ağstafa bu illərdə o qədər sürətlə inkişaf edib ki, bunu saymaqla qurtarmaq olmaz.

Mediaxeberleri.az xəbər verir ki, tikilmiş zavod MDB məkanında yeganə müəssisədir. Əvvəllər Rusiyada belə bir zavod olsa da, fəaliyyəti dayandırılıb.

Keramika dam örtükləri müəssisəsi 1.5 ha ərazini əhatə edir. Obyekt 9 aya təhvil verilib. Zavod yerli xammal əsasında fəaliyyət göstərr. İstehsal gücü sutkada 500 kv.m təşkil edir. Burada 150-dən artıq insan işlə təmin olunub.

Qeyd edək ki, 2016-cı il oktyabrın 19-da açılan Ağstafa Sənaye Parkında hazırda 12 müəssisə fəaliyyət göstərir. Burada polietilen örtüklərinin istehsalı və onun xammalı, biorqanik kənd təsərrüffatı məhsulları istehsal edən istixana kompleksi, daş sexi, metal dam örtüyü, mozaika- fasad daşları, plastik və avtomobil təkərlərinin təkrar emalı, şüşə istehsalı, üzvi turşu istehsalı sexləri fəaliyyət göstərir, yaxın vaxtlarda isə balıqçılıq gölü və 40 ha yaxın alma-fındıq bağının salınması nəzərdə tutulur. Sənaye Parkında 165-dən çox mühəndis və fəhlə çalışır.

Ağstafa əsasən kənd təsərrüfatı rayonudur. Bu sahəyə də çox böyük diqqət yetirilir. Bu sahənin inkişafının təməli hələ Ulu Öndərimizin rəhbərliyi vaxtında qoyulub. O illərdə rayonumuzda hər yer üzümçülük, taxılçılıq idi, onların suvarılmasında çox böyük çətinlik vardı. 1971-ci ildə Ağstafaçayın üzərində hidroqovşağın quraşdırılması bütün sahələrin suvarılmasını təmin edir.

Bu gün Ağstafada təkcə kənd təsərrüfatının yox, sənayenin də inkişafına böyük diqqət yetirilir. Son dövrlərdə rayonumuzda beş böyük sənaye müəssisəsinin tikilməsi bunun göstəricisidir. Elə bu “Karvan-L EKO” şirkəti rayonun tarixinə düşən bir müəssisədir. İki yüzdən çox ailə buradan öz dolanışığını təmin edəcəkdir. Cənab Prezident, bəlkə də 5 ildən sonra Siz bir daha buraya gələndə görəcəksiniz ki, Ağstafa təkcə kənd təsərrüfatı yox, həm də sənaye rayonuna çevrilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:06 MDB-də olmayan zavod Ağstafada açıldı Ağstafa rayonunda keramika dam örtükləri müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, tikiləcək zavod MDB məkanında yeganə müəssisə olacaq. Əvvəllər Rusiyada belə bir zavod olsa da, fəaliyyəti dayandırılıb. Keramika dam örtükləri müəssisəsi 1.5 ha ərazini əhatə
15:43 İlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye
10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.
22:28 “Karvan-L” Eko sənaye parkında yeni müəssisələr yaradılır - Ağstafada Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması və iş adamları tərəfindən
00:36 Ağstafada Sənaye Parkının təməli qoyulub Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması və iş adamları tərəfindən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az