t s

» » Quranı yandıranın siçana döndüyünü gördünüzmü?

Quranı yandıranın siçana döndüyünü gördünüzmü?

29-11-2017, 09:24 Yazar:  Məmməd Məmmədov Baxılıb: 138 Çap et
Quranı yandıranın siçana döndüyünü gördünüzmü?“Quran müqəddəs deyil” – bu fikirləri Elşad Mirinin verilişdəki çıxışından üç il əqdəm türkiyəli ilahiyyatçı-yazar İhsan Əliaçıqdan oxumuşam.

Ötən gün millət vəkili Aqil Abbasın bu barədə yazısını oxudum, yazmağım gəldi.

Hörmətli millət vəkili, çörək də, torpaq da, ana da müqəddəs deyil. Hərgah, bu cümlədən sonra qulağımda çoxmərtəbəli söyüşlər cingildədi, amma mən yazan hər mətnin “bir dön geri bax” yeri var.

Çörəyi bunca müqəddəs bilən hamı səhər gecədənqalma qırıntıları zibil qutusundan asıb çörək pulu üçün işə yollanır. Bir loxma üçün min oyundan çıxır. Şair demiş, halal çörək də, haram çörək də eyni dükanda satılır.

Müqəddəs dediyimiz torpağın üstündə Günəş şahid ki, nələr etmişik, nələr! Torpaq müqəddəsdisə, bu kanalizasiyalar hara axır?

Anamız o çörəkdən yeyir, o torpağa dəfn edilir – öz əlimizlə torpaqlayırıq. Üstünə torpaq atırıq...

Bunlar məsələnin səthi yanıdı. Üstdən bir əl gəzdirdim. Qoy hamı başa düşsün.

Problem hardadı? – müqəddəslik anlayışında.

Allah qutsaldımı? Cavab verəcəksiz ki, əlbəttə, müqəddəsdi, əzəlidi, əbədidi, tək yaradan Odu, Ondan gəldik, Ona dönəcəyik.

Bəs elə isə, çörəyi Allahla eyni məqama çıxarmaq üçün hansı əsaslarınız var? Daha doğrusu, Allahı çörəyə endirməyə tutarlı arqumentiniz varmı, hörmətli millət vəkili?

Quranla povestlərinizin heç bir fərqi yoxdu, uzaqbaşı redaktorunuz zəif olar.

Quran İhsan hocanın dediyi kimi, ölü kitabdı.

İki ildi evdən Quran kitabını atmışam. Heç kim hiss etməyib. Xəbərləri yoxdu. Bilirsiniz niyə? Çünki iki ildi evdən heç kim ölmür. İki ildə bir dəfə yada düşməyib. Anam da elə deyir. Deyir, Quran müqəddəsdi. Amma bir dəfə narahat olmayıb ki, görən, kəlağayıya büküb şifonerin başına qoyduğum bu zati-müqəddəs necədi, neyniyir?

Hörmətli millət vəkili, siz telefonunuz itəndə axtarırsız, bəlkə də polisə şikayət edirsiz. Tapmayanda kədərlənirsiz. Bəs Quran? Ən son nə vaxt yadınıza düşüb?

Ümumiyyətlə, insanlar var, iki məqamda var olur: bir toyda, bir hüzrdə.

Quran nə zaman yada düşür? Ölümdə, qəbiristanda, kiminsə ruhuna dua oxutduranda. Bir də əzbərçi kələkbazlar var, ki, hər gün nəsə əzbərləyirlər.

Quran şəhadət barmağıdı. Müqəddəs olan da onun göstərdiyi yerdi.

Hamısı nağıl. Guya kimsə Quranı yandırdığı üçün siçovula dönüb, nə bilim, qadın Quran kitabını ayağının altına qoyub pərdə asıb, səhər durub ki, döşləri qurğuşun olub sallanıb...

Mən Quranı yandıra da bilərəm, vərəqlərindən helikopter də düzəldə bilərəm, xurafatçılar dəyməsə, mollabaşlar öldürməsə, heç nə olmaz, inanın mənə.

Qurana hamı toxuna bilməzmiş! Niyə? Allahı bu qədə kiçimsəmək sevgi deyil, cəhalətdi. Dəstəmaz almalıymışam. Hörmətli millət vəkili, ağsaqqal kimi sizdən soruşuram: - Allah hər yerdə var, düzdümü? Yəni biz birbaşa Allahın gözləri önündə, əlinin altındayıq, hə? Qurana toxunmayaq, müqəddəsdi, xub. Bəs elə isə, tualetə nədən gedirik? Bəs Allah? Hava da onun, torpaq da onun, su da onun... Hə?

Hörmətli millət vəkili, lütfən Quranı oxuyun. Yazıçı Anarın kitabı, Elçinin kitabı kimi oxuyun. Oxuyun, görəcəksiz ki, o Allahın kəlam sifəti deyil. Ox işarəsidi sadəcə, dediyim kimi, şəhadət barmağıdı. Göstərdiyi yerdi müqəddəs, özü yox.

Qurandan dəsmalları, kəlağayıları açıb, şifonerlərin başından stolüstünə endirmək gərək.

Quranı oxumadan dindar olmusunuz...

Amma mən oxuyub deyirəm ki, Quran müqəddəs deyil.

Utanıram əslində bunca primitiv, bəsit məsələyə toxunmağa. Görünür, ehtiyac imiş ki, dükanda satılan, toxunulan, cırılan, yandırılan, zibilliyə atıla bilən bir kitab necə müqəddəs olur? Özünü qoruya bilməyən kitab Allahımı müdafiə edəcək?

Allah elə bir ali məqam ki, onu xarakterizə etmək, haqqında kitab yazmaq və haman kitabı müqəddəsləşdirmək cəhalətin özüdü.

Allahı Quranda axtarmaq sizin çörəyə müqəddəs deməyiniz kimi absurddu. Yanlış anlamayın, hörmətli millət vəkilim, bilirəm içənsiz, özü də deyirlər, yaxşı içirsiz. Onu da deyirlər ki, çörək də yeyirsiz. Halbuki o müqəddəs dediyiniz kitabda içki haram buyrulub... Sonra da deyirsiz, çörək müqəddəsdi!

Mənim üçün bir müqəddəs var: Toxuna bilmədiyim qədər MƏNdə, görmək həsrəti ilən tutuşduğum uzaqda, dəsmala-kəlağayıya bükülməyəcək təmizlikdə olan Allah. Ki, onun Kəlam sifəti insandı – söz yəni.

O Sifəti təmiz saxlayın, lütfən.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az