t s

» » İlham Əliyev : Azərbaycanda insan ömrünün uzunluğu artır

İlham Əliyev : Azərbaycanda insan ömrünün uzunluğu artır

29-11-2017, 08:30 Yazar:  Gülnar Baxılıb: 83 Çap et
 İlham Əliyev : Azərbaycanda insan ömrünün uzunluğu artır
“Səhiyyə sahəsində görülmüş işlər öz nəticəsini verir. Çünki bizim bütün göstəricilərimiz müsbətə doğru dəyişir, insanların ömrünün uzunluğu artır, həyat keyfiyyəti yaxşılaşır, ana və uşaq ölümü azalır. Bütün bunlar beynəlxalq səhiyyə təşkilatları tərəfindən də qiymətləndirilir”.

Mediaxeberleri.az
xəbər verir ki, bunu prezident İlham Əliyev noyabrın 28-də Azərbaycanın Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında çıxışı zamanı deyib.

“Bu gün Azərbaycan səhiyyə infrastrukturu baxımından dünya miqyasında qabaqcıl yerlərdədir. Bununla paralel olaraq, Azərbaycan, hesab edirəm, yeganə ölkədir ki, burada hər bir vətəndaş dövlət hesabına ildə bir dəfə pulsuz müayinədən keçir. Biz bu layihəyə bir neçə il bundan əvvəl başlamışıq. Hər il beş milyondan çox Azərbaycan vətəndaşı müayinədən keçir və artıq öz sağlamlığı, səhhəti ilə bağlı bütün bilgiləri alır. Bu, bizə imkan verir ki, xəstəliklər vaxtında müəyyən edilsin və lazımi müalicə də təyin olunsun. Hər il beş milyondan çox insan dövlət hesabına pulsuz müayinədən keçir. Belə gözəl tibb ocaqlarının yaradılması, əlbəttə ki, bizə bu təşəbbüsü irəli sürməyə imkan verdi. Çünki əgər şərait olmasaydı, biz bu proqramı icra edə bilməzdik”, - deyə o əlavə edib.

Prezident bildirib ki, bir sözlə, Bakı şəhərində, bütün rayonlarda yeni səhiyyə ocaqlarının tikintisi prosesi, demək olar ki, başa çatır:

“Biz bu işlərə 2004-cü ildən başlamışıq. O vaxt birinci növbədə müalicə-diaqnostika mərkəzləri, ondan sonra mərkəzi rayon xəstəxanaları, ixtisaslaşmış xəstəxanalar yaradıldı. Bu gün səhiyyə sisteminin maddi-texniki bazası yüksək standartlara tam cavab verir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az