t s

» » Sabiq icra başçısının qızı yenə hakim qarşısına çıxarılır: 500 minlik dələduzluq

Sabiq icra başçısının qızı yenə hakim qarşısına çıxarılır: 500 minlik dələduzluq

28-11-2017, 19:30 Yazar:  Gülnar Baxılıb: 68 Çap et
Sabiq icra başçısının qızı yenə hakim qarşısına çıxarılır: 500 minlik dələduzluq
Sabiq icra başçısının qızı bəraət istəyir. O, məhkəməyə müraciət edib.

Dələduzluqda təqsirləndirilən və 8 illik həbs cəzası alan Nigar Abdullayeva barəsində olan hökmdən kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə noyabrın 29-da baxılacaq. Proses hakim Tahir Kazımovun sədrliyi ilə baş tutacaq.

Qeyd edək ki, Nigar Abdullayeva Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızıdır. 1982-ci il təvəllüdlü N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi) protokol şöbəsinin rəisi olub.

Məlumata görə, o, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Belə ki, ittihama görə, N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Nigar Abdullayeva 2015-ci il sentyabr ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. N.Abdullayevanın apellyasiya şikayəti təmin edilməyib və o, Ali Məhkəməyə müraciət edib.

İlkin Muradov,
Musavat.com




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
11:15 Keçmiş icra başçısının qızının məhkəməsi başladı Şəxsin anket məlumatları dəqiqləşdirilib. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Abdullayeva barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Mediaxeberleri.az report-a istinadən bildirir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
03:18 “Məni bacım Səidə ilə 12 dəfə şantaj edib pulumu aldılar” - ŞOK TƏFƏRRÜAT Göyçaydakı mütəşəkkil cinayətkar dəstənin ağlasığmaz cinayətləri Hədə-qorxu yolu ilə pul tələb etmə və dələduzluqda ittiham olunan Göyçay şəhər sakinləri – 1996-cı il təvəllüdlü Tacir Zeynalov, 1993-cü il təvəllüdlü Akif Hüseynli, 1993-cü il təvəllüdlü Ramiz Adıgözəlov, 1991-ci il təvəllüdlü Adil
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az