t s

» » Azay Quliyev Vyanada hökumətlərin formalaşmamasını və seçici fəallığının zəifliyinitənqid etdi

Azay Quliyev Vyanada hökumətlərin formalaşmamasını və seçici fəallığının zəifliyinitənqid etdi

28-11-2017, 19:27 Yazar:  Gülnar Baxılıb: 72 Çap et
Azay Quliyev Vyanada hökumətlərin formalaşmamasını və seçici fəallığının zəifliyinitənqid etdi
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) dəvəti ilə “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” mövzusunda seminarda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanada səfərdədir. Noyabrın 28-də keçirilən tədbirə təşkilata üzv olan 57 ölkənin nümayəndə heyətləri, parlament assambleyalarının təmsilçiləri, seçki üzrə ekspertlər, seçki idarəetmə orqanları və komissiyalarının üzvləri, beynəlxalq təşkilatların, seçki monitorinqini həyata keçirən QHT-lərin təmsilçiləri qatılıblar. İştirakçılar seçkiyə aid qabaqcıl təcrübə və çatışmazlıqları, müasir texnologiyalardan istifadə olunmaqla seçki prosesinin təkmilləşdirilməsini və digər məsələləri müzakirə ediblər.

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev seminarda “Demokratik seçkilərin keçirilməsi üçün ATƏT-in öhdəlikləri, beynəlxalq vəzifələri və standartları” mövzusunda məruzə ilə çıxış edib, təşkilatın seçki müşahidə missiyasına dair təcrübəsini bölüşüb. Bu haqda ATƏT PA-nın saytı (http://www.oscepa.org/documents/all-documents/officers-of-the-assembly/azay-guliyev-azerbaijan/3625-remarks-at-odihr-seminar-on-the-role-of-technology-in-electoral-processes-vienna-28-november-2017/file) məlumat yayıb.

2005-ci ildə Parlament Assambleyasına qoşulmasından bəri müxtəlif ölkələrdə müşahidəçi olmaqla yanaşı, keçən il ATƏT PA-nın Monteneqroda və Makedoniyada keçirilən seçkiləri müşahidə edən nümayəndə heyətinə rəhbərlik etdiyini diqqətə çatdıran A.Quliyev bu yaxınlarda Qırğızıstanda seçki müşahidə missiyasında xüsusi koordinator vəzifəsini daşıdığını bildirib.

Azad və ədalətli seçkilərlə bağlı əsas prinsiplərə, qərarlara və öhdəliklərə toxunan vitse-prezident qeyd edib ki, 1990-cı il Kopenhagen Sənədi demokratik seçkilərlə bağlı ATƏT-in əsas sənədidir və bu sənəd təşkilata üzv ölkələrin prosesləri davamlı və ədalətli tətbiq etməsi üçün bütün öhdəlikləri özündə ehtiva edir. ATƏT-ə üzv dövlətlərin öhdəlikləri təşkilatın onların qarşısında qoyduğu öhdəliklərdən daha geniş sferanı əhatə edir və burada? həmçinin BMT-nin və Avropa Şurasının sənədləri ilə bağlı beynəlxalq hüquq çərçivəsində məsuliyyət də öz əksini tapır.

Qeyd edilib ki, demokratik seçkilər müəyyən beynəlxalq təşkilatlara üzvlüyün şərtidir və tez-tez beynəlxalq ictimaiyyətdə hökumətlərin legitimləşdirilməsinə əsas kimi daha geniş xidmət göstərir. Belə bir sıra beynəlxalq tənzimləmələrin olmasına baxmayaraq, bu prosesdə çətinliklər həmişə var: “Biz ATƏT-in bir parçası olaraq bu çətinliklərin qarşısını necə ala bilərik? ATƏT bu istiqamətdə xalqların və hər hansı bir ölkənin qurumlarına daha yaxşı xidmət göstərməyə kömək edən bir sıra vasitələr hazırlayıb. Bunların arasında ATƏT-in müxtəlif ölkələrdə missiyalarını, etimadyaratma təcrübəsini təmin etməsini və ən əsası, seçki müşahidəsinin keçirilməsini göstərmək olar”.
Bildirilib ki, Parlament Assambleyası “inkişaf etmiş demokratik ölkələr” belə daxil olmaqla bütün ölkələrin demokratik öhdəliklər daşıdığını göstərmək üçün öz qərəzsiz yanaşmasını nümayiş etdirən geniş səylər göstərib. Uzun illərdir ki, Parlament Assambleyası bütün ölkələrdə – Vyanadan şərqdə və qərbdəki ölkələrdə seçki müşahidəsi ilə iştirak etmək üçün çalışır: “Məsələn, ABŞ-da 2004-cü ildə, yaxud İngiltərədə və ya bu yaxınlarda Almaniyada keçirilən seçkilər. Biz, həmçinin mümkün olduğu zaman ATƏT-in tərəfdaş ölkələrində də seçkiləri müşahidə edirik. Buraya 2004-cü ildə Əlcəzairdə və ya 2011-ci ildə Tunisdə keçirilmiş seçkiləri misal göstərmək olar”.
Diqqətə çatdırılıb ki, həm Parlament Assambleyası, həm də DTİHB seçki müşahidəsi ölkələrimizdəki demokratik praktikaları gücləndirməyə kömək etmək üçün effektiv bir vasitəyə çevrilib: “Seçki müşahidəsi demokratik strukturların saxlanılması və inkişaf etdirilməsində dəstək və yardım göstərmək üçün yaradılıb. Amma seçki müşahidəsi bütün problemlərin və çətinliklərin öhdəsindən gələn “müqəddəs piyalə” deyil. Yaxşı seçki müşahidəsi heç də mütləq şəkildə “yaxşı” demokratiyaya aparıb çıxarmayacaq. Biz bunu bəzi ölkələrdə seçki müşahidələri apararkən qarşılaşdığımız çətinliklərdən bilirik”.

Vitse-prezident, həmçinin vurğulayıb ki, seçki müşahidəsinin qərəzsizliyini, azad və ədalətli seçkilərin demokratiyanın təməl daşı olduğunu qorumaq qarşıda duran çətinliklərdən biridir. Seçki müşahidəsi əsasən bir ölkənin xalqı ilə həmrəylik nümayişidir və beynəlxalq ictimaiyyətin nümayəndələri olaraq ATƏT regionunun xalqlarını ən yüksək demokratik standartlara çatdırmaq üçün ölkələrimiz arasında bu əməkdaşlıq formasına ehtiyac var.
Etibarlı beynəlxalq seçki müşahidələrinə edilən hücumların hamı üçün narahatlıq doğurmalı olduğunu diqqətə çatdıran vitse-prezident əlavə edib ki, ATƏT çərçivəsində Kopenhagen Sənədində təsbit edilmiş proseslərlə, DTİHB-nin böyük təcrübəsi ilə, həmçinin ATƏT Parlament Assambleyasının üzvləri tərəfindən gətirilmiş siyasi təcrübələrlə uğurlu işlər görülür: “Amma biz qüsursuz ola bilmərik, çünki bizim fəaliyyətimizə təsir göstərmək üçün müntəzəm olaraq yeni cəhdlər var. Biz hər zaman işimizi yaxşılaşdırmağın yollarını nəzərdən keçirməyə hazır olmalı və birgə qəbul edilmiş bütün sazişlər və öhdəliklərə sadiq qalmalıyıq”.
Azay Quliyev seçki müşahidəsi prosesi ilə bağlı çətinliklərə toxunaraq bildirib ki, əgər məlumatlı bir cəmiyyətimiz yoxdursa, demokratiyada səylər qaçılmazdır. Demokratik seçkilər olsa da, insanlarımızın məlumatları olmadığı təqdirdə hesabatlarımız hər zaman qeyri-kafi olacaq. Bu gün internet və sosial media informasiya axınının yaranmasında və yayılmasında böyük bir platforma rolunu oynayır, baxmayaraq ki, bu məlumatlar asanlıqla saxtalaşdırıla və sui-istifadə oluna bilər: “Bu gün başqa bir çətinlik də demokratiya böhranı ilə necə mübarizə aparılacağı məsələsidir. Hökumətlərin formalaşmaması və zəif seçici fəallığı hər kəsə səs vermək üçün nəzərdə tutulmuş sistemə inamsızlığın artmasının əlamətləridir. Seçkilər zamanı administrativ orqanların pis işləməsi, seçki prosedurlarında qeyri-dəqiqliklər və ya uyğunsuzluqlar sistemə olan etimadı zəiflədir. Demokratiya və seçkilər xalqın seçki sisteminə olan inamından asılıdır. Məsələlər çox mürəkkəb vəziyyətə gələndə insanlar asan cavab axtarırlar. Bu, öz növbəsində, populizmə və qütbləşmənin artmasına səbəb olur ki, bu da bilavasitə bizim cəmiyyətləri demokratik inkişafdan geri salır. Bu çağırışın qarşısında qısamüddətli siyasi qazanc məqsədi güdməməli və diqqətimizi cəmiyyətlərimizin uzunmüddətli faydasına yönəltməliyik”.

Musavat.com




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az