t s

» » Mərkəzi Elmi Kitabxana öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib

27-11-2017, 11:17 Yazar:  Gülnar Baxılıb: 79 Çap et
Mərkəzi Elmi Kitabxana öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib
AMEA Mərkəzi Elmi Kitabxanası(MEK) öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib.
Tədbirdə Azərbaycanda təmsil olunan türk ölkələrinin səfirlikləri, türk dünyasının iş qurumları, AMEA institutları, ali məktəblər və media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK fondlarının türkdilli mənbələrlə zənginləşdirilməsi istiqamətində görülən işlərdən, 2016-cı ilin yanvar ayından ənənə formasını alan təqdimatların məqsədlərindən, MEK-in Azərbaycan kitabxanaları arasında ən qədim və unikal mənbələrlə, sayı 16 minə yaxınlaşan Nadir kitab fondu, ən böyük türkdilli mənbələr fondu, Qərbi Avropa, Şərq, Rus və ixtisas fondları ilə fərqləndiyindən danışıb. L.İmanova ortaq türk dəyərlərinin, elmi və mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində kitabxanaların potensialını vurğulayaraq, MEK-in Türkdilli Ölkələrin Akademik Kitabxanaları Assosiyasının yaradılması təşəbbüsündən, türk dövlətlərinin akademik kitabxanalarında mühafizə olunan sənədlərin vahid elektron kataloqda birləşdirilməsinin vacibliyini və bu məqsədlə MEK-də mühafizə olunan sənədlərin beynəlxalq mübadilə formatında hazırlanmış elektron katoloqa daxil edildiyini də bildirib.
Türkdilli mənbələr barədə elektron və əyani təqdimatı MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Fondların formalaşdırması bölməsinin əməkdaşları – Sevil Əliyeva, Qöncə Cəlilova, Aysel İbrahimli, Xədicə Ağayeva təqdim ediblər. Qeyd olunub ki, Mərkəzi Elmi Kitabxanada ümumilikdə 1500000 min sənəd mühafizə edilərək oxucuların istifadəsinə verilib. Kitabxanın ayrı-ayrı fondlarında mühafizə olunan türkdilli mənbələrin ümumi sayı isə 2387 nüsxədir. Belə ki, Nadir kitab fondunda 100-ə yaxın, Rus ədəbiyyatı fondunda 433, Azərbaycan ədəbiyyatı fondunda 237, Qərbi Avropa ədəbiyyatı fondunda 1400, Avtoreferatlar fondunda 95, Dissertasiyalar fondunda 20, Dövri mətbuat fondunda isə 102 nüsxə sənəd saxlanılır. Əsas sənədlər isə MEK-in Şərq ədəbiyyatı fondunda mühafizə olunaraq oxucuların istifadəsinə verilib. Şərq ədəbiyyatı fondunda ümumilikdə 74084 (40046 kitab, 35038 jurnal və qəzet) nüsxə sənəd mövcuddur ki, bunlardan da 16534 ədədi (10144 kitab, 6390 jurnal) türk dilindədir. Ümumi sayı 100000-dən artıq olan türkdilli mənbələr kitabxana əməkdaşları tərəfindən ənənəvi və elektron kataloqa daxil edilib, bir hissəsi rəqəmsallaşdırılıb, Azərbaycana aid sənədlər isə MEK-in strateji hədəfi və yeni təşəbbüsü olan MRY bazasına salınıb.
Mənbələrin təqdim edilməsinin ardınca Azərbaycanın əməkdar artisti Gülnaz İsmayılovanın ifasında bəstəkar Vasif Adıgözəlovun “Çanaqqala” oratoriyasından “Ananın ariyası” səslənib və Əməkdar incəsənət xadimi rejissor Ziya Şıxlinskinin “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filmi nümayiş olunub.
Qonaqlardan Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Abdul Gafur Büyükfırat Azərbaycanda kitaba, mütaliə mədəniyyətinə böyük dəyər verildiyini, elmə marağın şahidi olduğunu vurğulayıb. A.Böyükfırat türk dünyasına aid məlumatların təbliğində fəallıq nümayiş etdirən Mərkəzi Elmi Kitabxana kollektivinin təşəbbüsünü alqışlayıb.
Çıxış edənlərdən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil və Mədəniyyət Müşaviri Ahmet Simitçioğlu, ADMİU-nun professoru Mübariz Süleymanlı, BDU-nun professoru Sevda Süleymanova, Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Litseyinin direktoru Hüseyin Demirel, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Azər Həsrət, Beynəlxalq Hüquq Araşdırmaları Mərkəzinin sədri Pərviz Əsədi və digərləri kitabxana fondlarında saxlanılan belə unikal mənbələrin dəyərindən, ortaq türk tarixinin yazılmasında və canlanmasında bu mənbələrin təbliğinin və əlçatan olmasının vacibliyindən söhbət açıblar.
Tədbirin sonunda qonaqlar MEK-in Akademiklərin zalında mühafizə olunan Diplomatik fonda baxış keçirib və fondun zənginləşdirilməsi imkanlarını müzakirə ediblər.

İctimaiyyətlə əlaqələr bölməsi
pr.mek.az@gmail.com
(012) 537 19 82




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
01:38 Baş redaktor ölkə rəhbərliyinə müraciət etdi “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri ölkə rəhbərliyinə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik: Məlum olduğu kimi bu gün Azərbaycanda fəaliyyət göstərən əksər mətbu orqanlara qarşı bəzi dövlət məmurları tərəfindən təzyiqlər, yaxud da bu və ya digər formada basqılar hələ də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az