t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Azərqaz İB.Şəmkir Regional Qaz İstismar İdarəsi MƏHKƏMƏYƏ VERİLİR

Azərqaz İB.Şəmkir Regional Qaz İstismar İdarəsi MƏHKƏMƏYƏ VERİLİR

24-11-2017, 15:08 Yazar:  Gülnar Baxılıb: 2901 Çap et
Azərqaz İB.Şəmkir Regional Qaz İstismar İdarəsi MƏHKƏMƏYƏ VERİLİR
Qaz sayğacının heç bir qoruyucu qutusu yoxdur. Sayğac quraşdırılan zaman belə hallar nəzərə alınmalıdır.Qoruyucu qutunun da kim tərəfindən alınıb quraşdırılması haqqında məlumatım yoxdur.

Ağstafa rayonu, Qıraq Kəsəmən kənd sakini Qurbanova Lalə Vəli qızı “Azəriqaz”ın Şəmkir Regional Qaz İstismar İdarəsini Əsassız borcun silinməsinə dair Şəmkir rayon Məhkəməsinə verəcəkləri barədə elektron ünvanımıza şikayət məktubu göndərib. Şikayətçi bildirir ki, bu problem məhkəmə yolu ilə həll olunmalıdır. Başqa yolu yoxdur.

Bir nüsxəsi də Mediaxeberleri.az-a daxil olan müraciətin bəzi məqamlarını təqdim edirik:

Mən Qurbanova Lalə Vəli qızı Ağstafa rayon Qıraq Kəsəmən kəndində yaşayıram. Bildirmək istəyirəm ki, bir Azərbaycan vətəndaşı kimi məndə evimdə mavi yanacaqdan istifadə edirəm.İlk dəfə bizim evə qaz sayğacı 05.08.2010 –cu ildə həyat yoldaşım, müharibə veteranı, mərhum Qurbanov Məcid Avdıl oğlu ilə Azəriqaz İB-nin arasinda bağlanmış müqavilə əsasında qoyulub. 05 may 2014 –cü ildə sayğac Azəriqaz İB –i tərəfindən yeni Elster tipli 7607849 nömrəli sayğacla əvəzlənib. Sonradan sayğac həyət daxilindən cıxarılaraq evdən kənarda, hasardan çölə tərəf, evə giriş qapısından 12-13 metr aralı, yer səthindən 1,40 metr yüksəklikdə, azyaşlı uşaqların əli çatacağı, bir başa günəş şüalarının və yağış suyunun təsirinə məruz qalan bir yerdə quraşdırılıb.

Onuda qeyd edim ki evimiz kəndin mərkəzi küçəsində yerləşir. Gün ərzində bu yoldan ağır,yüngül avtomobil və texnikalar istifadə edir. İnsanların gediş-gəlişi bu küçədə çox olur. Qaz sayğacının heç bir qoruyucu qutusu yoxdur. Sayğac quraşdırılan zaman belə hallar nəzərə alınmalıdır.Qoruyucu qutunun da kim tərəfindən alınıb quraşdırılması haqqında məlumatım yoxdur. 05.08.2010 –cu ildən 25 may 2017-ci ilə qədər bizimlə Azərqaz İB-yi arasında təbii qazdan istifadə, istismar və ödənişlə bağlı heç bir çətinliyimiz olmayıb. Nümunəvi abonentlərdən biri olmuşuq. Hal-hazırda evdə mən və oğlum yaşayır.Vaxtlı-vaxtında işlətdiyimiz mavi qazın dəyərini ödəyirik. Özümdə ayda 120 Azn təqaüd almağıma baxmayaraq komunal ödənişləri vaxtında ödəyirəm.Vaxtınızı çox almaq istəmirəm. Əsas məsələyə qayıdıram. 23.06.2017 –ci il tarixdə mən evdə olmamışam. Azəriqaz İB-nin Agstafa XS-nin işçiləri gəlib bizim evə qaz verilişini dayandırmağa. Əvvəlcə oğluma deyiblər ki sizin yanvar ayından bəri qaza borcunuz var. Ödəniş etməmisiniz. Heç bir hesabat aparılmayıb.Ona görədə qaz verlişini dayandırırıq. Oğlum isə vaxtlı-vaxtında qaz pulunu ödədiyimizi və qəbzlərinin olduğunu deyib. Qəbzləri onlara təqdim etmək üçün evə gedib. Qayıtdıqda artıq sayğacın qaynaq vasitəsilə xəttdən ayrıldığını görüb. Və səbəb gətiriblər ki, qaz saygacı deşilib müdaxilə olunub.Qeyd etmək istəyirəm ki hər ay Azəriqazın işçiləri işlətdiyimiz mavi yanacağın bildirişini verən zaman onlardan sayğacın işlək vəziyyəti barədə soruşuruq. 25 may 2017 ci il tarixə kimi saygacda heç bir problem olmayıb. Sayğaca qaz işçilərindən başqa heç kim bu qədər yaxın olmur gördüyümüz qədər.Ara-sıra gəlib baxırlar. Əgər bir nöqsan olsaydı məlumat verərdilər.Mütəxəsis hər hansı nöqsanı görmürsə mən necə görüm.Mənimdə sayğacla bağlı heç bir anlayışım yoxdur.Dəfələrlə Ağstafa Xidmət sahəsində olmuşuq.Sayğaca zərər biz tərəfindən edilmədiyini desəkdə heç bir faydası olmayıb.Elə deyirlər müdaxilə var.Sayğac Dövlət yoxlamasına göndəriləcək və nəticəsi barədə sizə məlumat veriləcək. Artıq 3 aya yaxındır biz mavi yanacaqdan istifadə etmirik. Müvəqqəti sayğacda qoyulmayıb. Sayğacın Dövlət yoxlamasından cavabının gəlməsi ilə bağlı bizə heç bir rəsmi məlumat verilmədiyi üçün 06.09.2017 tarixində idarəyə getdim. Yoxlamanın cavabının gəldiyini və cərimə məbləğini dedilər. 91 Azn sayğacın dəyəri üstəlikdə 475.20 Azn cərimə hesablanıb.

Deyirlər bu məbləği ödəyin qəbzləri gətirin ,sonra biz qaz verilişini bərpa edəcəyik.Əks halda mavi yanacaq verilməyəcək. İndi biz neynəməliyik.Sayğaca hər hansı bir zərər biz tərəfindən olmayıb.Necə müdaxilə olunub onuda bilmirəm. Bəlkə kənar şəxslər tərəfindən sayğaca zərər verilib onuda bilmirəm. Elə deyirlər sayğac deşilib. Oğlum Azərqaz İB-nin Ağstafa Texniki Sahəsinin müdirinin qəbulunda olub. Bu barədə onunda məlumatı var.Müdir bəzi rəqəmləri məsələn 2014-2015 illər ücün bizim işlətdiyimiz qaz sərfiyyatını göstərir. Deyir qış aylarına baxmayaraq sizin qaz sərfiyyatınız aşağı rəqəmlər göstərir.Hansı ki bu rəqəmlər bir az yüksək olmalıdır.Belə təxminlər heç bir məntiqə sığmır. Mən Azərbaycan Dövlətinin Vətəndaşıyam . Qanunlarına da hörmət edirəm.Ailəmin şərəfini , nüfusunu yüksəkdə tutduğum kimi dövlətimizin də şərəf və nüfusunu yüksəkdə tuturam.Maddi imkanım olsa belə Dövlətin bizə verdiyi mavi yanacağı qənaətlə istifadə edərəm. Məntiq hardadır ki, mənzildən kənarda yerləşən sayğacın harasınısa ev sahibi qəsdən zədələsin,sayğac işləsin və özüdə cərimə vermək üçün bu əməli törətsin. Belə halları hamıya şamil etmək olmaz.Nə dərəcədə əsaslıdır, əsassızdı bu cərimə deyə bilmərəm. İnanıram ki, bizə bir köməklik göstərəcəksiniz.

Mən Qurbanova Lalə Vəli qızı Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən bizə bildirilən əsassız 475.20 manat məbləğində cəriməni və 91.21 manat sayğac dəyərini ödəmək imkanım yoxdur. Özüm 120 Azn təqaüd alıram.

Yuxarıda qeyd etdiklərimidə nəzərə alaraq qanunvericilik normalarına istinad edərək Azəriqaz İB –yi tərəfindən tərtib edilmiş aktların etibarsız hesab edilməsi , Azəriqaz İB-nin Şəmkir RQİİ-nin Ağstafa XS-nin abonent bazasındakı 610420000186000 abonent koduna hesablanaraq vurulmuş 475.20 manat məbləğində dəymiş ziyanın və 91.21 manat məbləğində qaz sayğacının dəyərinin silinməsinə dair ədalətli qərar verərək bizə köməkdarlıq edəsiniz. Təşəkkür edirəm.

Qurbanova Lalə Vəli qızı

Ağstafa rayon Qıraq Kəsəmən kəndi










www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az