t s

» » Fikrət Əmirovun doğum günüdür

Fikrət Əmirovun doğum günüdür

22-11-2017, 16:29 Yazar:  Məmməd Məmmədov Baxılıb: 71 Çap et
Fikrət Əmirovun doğum günüdürBu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun doğum gündür.

Mediaxeberleri.az xəbər verir ki, Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub.

1948-ci ildə Bakı Konservatoriyasını bitirib. Gəncə və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb.

F.Əmirovun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. Bəstəkarın müəllifi olduğu yeni, simfonik muğam janrı “Şur” , “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub.

Cəfər Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. O, musiqili komediya janrında da “Ürəkaçanlar”, “Gözün aydın” kimi maraqlı əsərlər yaradıb.

F.Əmirovun məşhur baletləri olan “Min bir gecə” və “Nəsimi” dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. 2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamını ifa edib.

Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:42 Müslüm Maqomayevin doğum günüdür Bu gün görkəmli Azərbaycanın görkəmli opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür. Mediaxeberleri.az xəbər verir ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
11:18 Müslüm Maqomayev - 73 (VİDEO) Bu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür. Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az