t s

» » Xərçəng xəstəsi olan jurnalist üçün aksiya keçiriləcək

Xərçəng xəstəsi olan jurnalist üçün aksiya keçiriləcək

21-11-2017, 22:12 Yazar:  Məmməd Məmmədov Baxılıb: 50 Çap et
Xərçəng xəstəsi olan jurnalist üçün aksiya keçiriləcəkAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı xeyriyyə aksiyası keçirəcək.

Teatrdan Mediaxeberleri.az-a verilən məlumata görə, aksiya bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış mədəniyyət yazarı, jurnalist Ülviyyə Həsənqızına dəstək məqsədilə həyata keçiriləcək.

Belə ki, Kukla Teatrında nümayiş etdiriləcək tamaşadan əldə olunan vəsait jurnalist xanımın bank hesabına köçürüləcək. Nümayiş olunacaq səhnə işinin ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

İnsana, insanlığa, fərd olaraq ətrafımızdakılara qarşı diqqət və sevgini təlqin edən tamaşada iştirakla siz də ağır xəstəliklə təkbaşına mücadilə edən yazardan dəstəyinizi əsirgəməyin. Tamaşa 26 noyabr saat 18:00-da nümayiş olunacaq.

Ülviyyə Həsənqızı anası ilə yaşayır və hazırda işsizdir. O, mədəniyyət sahəsi üzrə ixtisaslaşmış jurnalistdir.

Ülviyyə Həsənqızına kömək etmək istəyən şəxslər aşağıdakı yollarla ödəniş edə bilərlər:

İstənilən bankdan ACCESBANK hesabına ödəniş üçün:

Kod : 503552

VÖEN : 1400057421

M/H : AZ10NABZ01350100000000056944

Swift : ACABAZ22

Cari hesab: : AZ06ACAB00210100000000556352




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az