t s

» » İstanbulda “Azərbaycan - Türkiyə Qardaşlıq Gecəsi” adlı tədbir keçiriləcək

İstanbulda “Azərbaycan - Türkiyə Qardaşlıq Gecəsi” adlı tədbir keçiriləcək

25-03-2015, 09:14 Yazar:  Aygün Baxılıb: 491 Çap et
İstanbulda “Azərbaycan - Türkiyə Qardaşlıq Gecəsi” adlı tədbir keçiriləcək“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) Türkiyə Təmsilçiliyi 4 aprel 2015-ci il tarixində İstanbul şəhərində, Üsküdar bələdiyyəsinə aid möhtəşəm bir restoranda “Azərbaycan - Türkiyə Qardaşlıq Gecəsi” adlı tədbir keçirəcək.

Bu barədə TUMİB-in Türkiyə təmsilçisi Lalə Həsənoğlu xəbər verib.

Tədbirin məqsədi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında qardaşlıq və mədəni əlaqələri daha da qüvvətləndirmək və möhkəmləndirməkdir.

Keçiriləcək tədbirdə Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğunun nümayəndələri, Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı müəllimlər, Türkiyədə təhsil almış azərbaycanlı məzunlar və tələbələr, Azərbaycanın və Türkiyənin iş adamları, Türkiyənin Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, media nümayəndələri də iştirak edəcək.

Gecə Azərbaycan və Türkiyə musiqisi sədaları altında keçiriləcək.ans




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:31 Rus təyyarəsi Türkiyə səmasına soxuldu – Gərginlik Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri ölkənin hava məkanını pozan rus təyyarəsinə qarşı xəbərdarlıq uçuşu həyata keçiriblər. Axar.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, Rusiyaya məxsus İl-20 təyyarəsi Türkiyənin hava məkanını
08:19 Azərbaycan və Türkiyə prezidentləri görüşəcək Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 17-si Türkiyənin Qars vilayətində görüşəcək. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Taner Yıldız bildirib ki, TANAP layihəsinin
00:40 Türkiyə kəşfiyyatına yenidən Hakan Fidan rəhbərlik edəcək Hakan Fidan yenidən Türkiyə kəşfiyyatının (MİT) rəhbəri təyin olunub. Bunu Türkiyə hökuməti rəhbərinin müavini Bülənt Arınç bəyan edib. Bu barədə "Anadolu" agentliyi məlumat verir. B.Arınçın sözlərinə görə, Fidan Türkiyə Baş naziri Əhməd Davudoğlu tərəfindən yenidən təyin edilib. Xatırladaq ki,
23:28 Türkiyəni fəth edən filmimiz (VİDEO) "Qanlı Yanvar" filmi Türkiyədə böyük həyəcanla qarşılanıb Xocalı soyqırımının ildönümündə İstanbulda rejissor Vahid Mustafayevin “Qanlı yanvar” filmi böyük coşqu ilə qarşılandı. Çox böyük təəsüratlarla yadda qalan qala gecəsindən sonra film artıq tamaşaçıların ixtiyarındadır. ANS TV-nin Türkiyə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az