t s

» » Yəhudilərə dünyanın 40 bölgəsinə getməmək barədə xəbərdarlıq edildi

Yəhudilərə dünyanın 40 bölgəsinə getməmək barədə xəbərdarlıq edildi

25-03-2015, 08:44 Yazar:  Aygün Baxılıb: 489 Çap et
Yəhudilərə dünyanın 40 bölgəsinə getməmək barədə xəbərdarlıq edildiİsraildən Bakıya terror xəbərdarlığı


Həmin 40 ölkə arasında Azərbaycanın da adı var.


Belə ki, İsrail hökuməti yaxınlaşan bayramlarda dünyanın 40 bölgəsinə edilən səyahətlərin yəhudilər üçün təhlükəli ola biləcəyini bildirib.

İsrailin Terrorla Mübarizə İdarəsindən verilən şərhdə deyilir ki, yəhudilər üçün əhəmiyyətli olan bayramlarda xaricdə İsrail vətəndaşlarına qarşı hücumlar arta bilər:

"Belçika, Kanada, Avstraliya, Fransa və Danimarkadakı son terror hücumlarının, İraqda və Suriyadakı terrorçu qruplara qatılanların Qərb ölkələrini və yəhudiləri hədəfə alması yeni teraktların ola biləcəyi ilə bağlı narahatlıqlar yaradır".

İsrailin açıqladığı siyahıda Türkiyə yəhudilər üçün ən təhlükəli bölgə kimi qiymətləndirilib.

Siyahıda ardıcıllıq belədir: Türkiyə, Suriya, İraq, İran, Livan, Yəmən, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Liviya, Sudan, Somali, Burkina Faso, İndoneziya, Fil Dişi Sahili, Malayziya, Mali, Mavritaniya, Misir, Pakistan, Toqo, Əlcəzair, Cibuti, Tunis, Bəhreyn, Filippinin cənubu, İordaniya, Küveyt, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Mərakeş, Oman, Tailandın cənubu, Keniya, Nigeriya, Hindistanın cənubu, Seneqalın şərqi, Nigerin ​​şimalı, Çeçenistan və Kəşmir.
ans




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:25 Netanyahu ərəblərdən üzr istədi İsrailin baş naziri Binyamin Netanyahu seçkiqabağı kanpaniya dövründəki təhqiramiz ifadələrinə görə ərəb vətəndaşlardan üzr istəyib. Musavat.com xəbər verir ki, məlumatı "Reuters" yayıb. "Bilirəm ki, bir neçə gün əvvəl dediklərimlə İsrail ərəblərini təhqir olunub. Mənim kiçik bir niyyətim də
01:06 İranda terror aktı: ölənlər var İran rəhbərliyi terror aktlarına görə, rəsmi İslamabadı ittiham edir İran polisinə qarşı terror aktı həyata keçirilib. İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Serbaz şəhərində yola qoyulmuş minanın partlaması nəticəsində polis maşınında olan 3 polis ölüb. İran dövlət televiziyasına
19:36 Netanyahu Avropada yaşayan yəhudiləri İsrailə çağırdı “İsrail sizin evinizdir”. Avropada yaşayan yəhudilər təcili İsrailə qayıtmalıdırlar. Mediaxeberleri.az ANS PRESS-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Danimarkada törədilən terror aktından sonra bu çağırışı edib. Baş nazirin sözlərinə görə, Avropada yenidən
12:35 İsraildən şok: “Müharibəyə başlayırıq” İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Benni Qrantz ölkəsinin gələcəkdə Livan sərhədində yeni əməliyyatlara başlayacağını açıqlayıb. Mediaxeberleri.az axar.az-a istinadən xəbər verir ki, İsrailin “Kanal 2” televiziyasına danışan general 7 iyul 2014-cü ildə Qəzzaya təşkil edilən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az