t s

» » Bərdədən 8 km cənub-qərbdə növbəti zəlzələ qeydə alındı

Bərdədən 8 km cənub-qərbdə növbəti zəlzələ qeydə alındı

16-11-2017, 22:21 Yazar:  Məmməd Məmmədov Baxılıb: 225 Çap et
Bərdədən 8 km cənub-qərbdə növbəti zəlzələ qeydə alındı
Azərbaycanda maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb.

Mediaxeberleri.az
-ın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.

Ocağı 24 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yeraltı təkanlar rayonun əksər kəndlərində hiss olunub. Rayon ərazisində dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən gün axşam Bərdə və Ağdam rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində Ağdamda 2, Tərtərdə 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi zərər dəyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
14:01 Zəlzələ zamanı iki qadın özünü 2-ci mərtəbədən atdı Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb. İki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb. Ağdaş Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsindən APA-ya verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev
18:22 Azərbaycanda ardıcıl üç güclü zəlzələ - YENİLƏNİB Zəlzələ hiss olunub. Bu gün Azərbaycanda növbəti zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, ilkin məlumatlara əsasən zəlzələ saat 16:07-də Şamaxı ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 6 km olub. Zəlzələ episentrdə 3
20:17 Şamaxıda bir gündə iki dəfə zəlzələ oldu - YENİLƏNİB “Zəlzələdən sonra “afterşoklar”ın olması gözlənilir”. Bu gün Şamaxıda ikinci zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 15:22-də Pirquludan 13 km şimalda Şamaxı ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.1,
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az