t s

» » Həbs olunan Fədayə Laçının səhhəti pisləşdi

Həbs olunan Fədayə Laçının səhhəti pisləşdi

16-11-2017, 15:01 Yazar:  Məmməd Məmmədov Baxılıb: 94 Çap et
Həbs olunan Fədayə Laçının səhhəti pisləşdi
Həbsdə olan müğənni Fədayə Laçının səhhəti pisləşib.

Mediaxeberleri.az
Metbuat.az-a istinadən bildirir ki, bu barədə müğənninin vəkili Türkel Süleymanlı bildirib.

Onun sözlərinə görə, mediada Fədayə Laçınla bağlı ölüm xəbərlərinin yayılması müğənnini sarsıdıb: “Fədayə xanımın səhhəti nasazdır. Yəni, bu məlum məsələlər onu sarsıdıb. Biz bütün faktları özümüzdə saxlamışıq, müəyyyən bir müddətdən sonra hüquq-mühafizə orqanlarına faktlarımızı təqdim edəcəyik. Əgər söhbət ölüm xəbərindən gedirsə, bunu etmək cinayət xarakteri daşıyır. Kiminsə yalandan, reklam xarakterli ölüm xəbərini yaymaq olmaz.

Bundan Fədayə xanımın ailəsi çox sarsılıb. Heç bir rəsmi mənbəyə istinad etmədən belə məlumatları yaymaq olmaz. Fədayə xanımın işi hər kəsə məlum olan bir işdir. Proses və istintaq 2018-ci ilin ortalarına qədər çəkə bilər. Hələ ki, heç bir yeni məlumat yoxdur. Ola bilər ki, gələn həftə üçün hər hansısa bir yenilik olsun. Əgər hər hansısa bir yenilik olarsa, dərhal məlumat yayacağıq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:58 Milli Mətbuat günü münasibəti ilə Ağstafada tədbir keçirildi (Foto) Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Səməd Vurğun adına mədəniyyət və istirahət parkında yerləşən "Yazıçılar evi"-ndə 22 iyul - Azərbaycan Milli Mətbuat Günü münasibətilə “dəyirmi masa” keçirildi. Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci
08:53 Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə ...”Şuşanı, Laçını qoyub qaçdılar” -deyərək 1988-ci ildən bəri o yurdlarda döyüşənləri, dinc insanları, qoca, savadsız kişiləri, qoyun otaranları günahlandırmaq çox asandı. 23 il bundan əvvəlki qarmaqarışıq ictimai-siyasi və hərbi olaylar burulğanının içindən keçən insanlar bəzi gerçəkləri
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az