t s

» » Ağstafa məktəbliləri növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulub - FOTOLAR

Ağstafa məktəbliləri növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulub - FOTOLAR

11-11-2017, 21:34 Yazar:  Məmməd Məmmədov Baxılıb: 325 Çap et
Ağstafa məktəbliləri növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulub - FOTOLAR
“Ölkəmizi tanıyaq” tur-aksiyasının 8-ci mərhələsinə start verilib. Hər il olduğu kimi bu il də Ağstafa məktəbliləri maarifləndirici tura qoşulub.

Belə ki, 40 nəfər şagird və 5 nəfər bələdçi-müəllimdən ibarət qrup Lənkəran –Masallı-Astara marşrutu üzrə yola düşüblər. Yolasalma mərasimində rayon İcra hakimiyyətinin, Təhsil şöbəsinin məsul işçiləri, valideynlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.

Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Ağstafa rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarov, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli və digərləri çıxış edərək aksiyaçılara uğurlar arzu edib, tur-aksiyanın əhəmiyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədi gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır.

Üç gün davam edəcək turda məktəblilər Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları və sitrus meyvə bağlarına, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi və Viləşçay su anbarına ekskursiya edəcəklər.

Ağstafa məktəbliləri növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulub - FOTOLAR
Ağstafa məktəbliləri növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulub - FOTOLAR
Ağstafa məktəbliləri növbəti dəfə “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulub - FOTOLAR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:10 Əbədiyaşarlıq rəmzi - Əli Həsənov Heydər Əliyevdən YAZDI XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və
10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.
18:09 Rufiz Qonaqov və Elşad Mirbəşiroğlu: “Böyük şəxsiyyətin təkrarsız portret cizgiləri ” MƏQALƏ Klassik alman fəlsəfəsinin yaradıcılarından olan Hegel tarixi şəxsiyyətlərin xarizması haqqında belə qeyd edirdi: “Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük,
09:42 “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirilib Biləsuvarda rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az