t s

» » UEFA “Qarabağ”dan yazdı

UEFA “Qarabağ”dan yazdı

8-11-2017, 09:41 Yazar:  Məmməd Məmmədov Baxılıb: 256 Çap et
UEFA “Qarabağ”dan yazdı
UEFA-nın rəsmi saytı Çempionlar Liqasının qrup mərhələsinin IV turu ərəfəsində “Qarabağ” – “Çelsi” oyunu haqqında yazı hazırlayıb.

Mediaxeberleri.az
“Apasport.az”a istinadən xəbər verir ki, yazıda iki komandanın buraqədərki çıxışları və matçın pərdəarxası məqamlarından bəhs olunub.

Sözügedən məqaləni təqdim edirik:

“Qarabağ” Bakıda qələbə qazanaraq 1/8 finala çıxmağı hədəfləyən “Çelsi” qarşısında da asan təslim olmayacaq. Artıq qitənin ən nüfuzlu klub turnirində xallar qazanmış Azərbaycan təmsilçisi doğma meydanda sonuncu oyununda da uğur əldə etmək istəyəcək.

- Qrupdakı ilk matçında “Stemford Bric”də “Çelsi” ilə qarşılaşan və qapısında 6 cavabsız qol görən “Qarabağ” “Atletiko” ilə ev səfər oyunlarında əldə etdiyi heç-heçələrlə 2 xal qazanıb. Kədərli başlanğıca baxmayaraq, komanda hətta Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilər.

- “Qarabağ” 2 xalla qrupda 4-cü yerdə qərarlaşsa da, “Atletiko”dan cəmi bir xal dala qalır. 3-cü yer uğrunda mübarizə aparmaq üçün komandaya mütləq qələbə lazımdı. Əgər ağdamlılar məğlub olub, “Atletiko” da qələbə qazansa, onların 4-cü yerdə qalacaqları rəsmiləşəcək.

- “Çelsi”nin isə 7 xalı var və son turda məğlub olduğu “Roma”dan bir xal geridədi. İngiltərə çempionuna növbəti mərhələyə çıxmaq üçün qələbə lazımdı. Əgər digər oyunda “Atletiko” uduzsa, londonluları bərabərlik də qane edəcək.

Matçın pərdəarxası

“Qarabağ”


- Bu, “Qarabağ”ın Premyer Liqa təmsilçilərinə qarşı ikinci ev matçıdır. Ümumilikdə isə “atlılar” İngiltərə təmsilçiləri ilə 4-cü dəfə üz-üzə gələcəklər. Onlar 2016-cı il noyabrın 26-da evdə “Tottenhem”ə 0:1 hesabı ilə uduzmuş, eyni zamanda səfərdə də 1:3 hesablı məğlubiyyətə üzülmüşdü.

- Qrup mərhələsinin ilk ev oyununda “Roma”ya uduzan (1:2) “Qarabağ”, üçüncü turda “Atletiko” ilə bərabərliyə razılaşaraq ilk xalını qazanmışdı.

- Azərbaycan təmsilçisi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Onlar II turda Gürcüstan “Samtredia”sını (5:0, 1:0), III turda Moldova “Şerif”ini (0:0, 2:1) və pley-offda isə Danimarka “Kopenhagen”ini (1:0, 1:2) yolundan kənarlaşdırıb.

- “Qarabağ” 4-cü dəfə Çempionlar Liqasında oynayır. Bundan əvvəlki 3 cəhdində komanda III təsnifat mərhələsində mübarizəni dayandırmışdı. Ötən mövsüm azərbaycanlılar səfər qolunun hesabına Çexiya “Viktoriya”sına uduzmuşdu.

- 2016/17 mövsümündə Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra “Qarabağ” ardıcıl 3-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Ancaq hələ heç vaxt bu turnirdə son 32 komanda arasına düşə bilməyib.

- “Qarabağ” Azərbaycanda ümumilikdə 5-ci, ardıcıl 4-cü dəfə çempion olmaqla Çempionlar Liqasında oynamağa haqq qazanıb.

“Çelsi”

- Qrup mərhələsinin ilk oyunu “Çelsi”nin hansısa Azərbaycan komandası ilə birinci görüşü idi.

- Bundan sonra Miki Batşuayın son dəqiqə qolu ilə “Atletiko” üzərində qələbə qazanan (2:1) londonlular ardınca “Roma”ya 0:3 hesabı ilə məğlub olaraq liderliyi də onlara təhvil verdilər.

- “Atletiko” üzərində qələbə ilə “Çelsi” son 10 səfər matçında 4-cü qələbəsini qazandı – 3 bərabərlik və 3 məğlubiyyət.

- Altıqat İngiltərə çempionu 1995/96 mövsümündən bu yana heç vaxt Avropa səviyyəli yarışlardan kənarda qalmayıb. 2003-2015-ci illərdə isə komanda ÇL qrup mərhələsinin daimi iştirakçısı olub.

- 2012-ci ildə Çempionlar Liqasının qalibi olan “Çelsi” yarışdakı sonuncu mövsümündə - 2015/16-da 1/8 finalda PSJ-yə məğlub olaraq mübarizəni dayandırmışdı.

- Londonlular ÇL-dəki ardıcıl son 3 mövsümündə qrupu mərhələsini qalib kimi başa vurub. Ümumilikdə isə komanda 11 dəfə qrup lideri olub. Yalnız bir dəfə - 2015/16 mövsümündə bu baryeri aşmaq mümkün olmayıb ki, onda da mübarizəni Avropa Liqasında davam etdirən “zadəganlar” həmin yarışın qalibi olub.

Məşqçilər və oyunçular arasındakı əlaqələr

- “Qarabağ”ın qapıçısı Anton Kanibolotski ilə “Çelsi”nin braziliyalısı Villian 2012/13 mövsümündə “Şaxtyor”da komanda yoldaşı olublar.

- Miçel “Birmingem”in heyətində “Çelsi”yə qarşı oynayıb. 2010-cu ilin yanvar ayının 27-də baş tutan və “Çelsi”inin 3:0 hesablı qələbəsi ilə başa çatan oyunda ispaniyalı 72-ci dəqiqədə meydana çıxıb.

- “Çelsi”nin baş məşqçisi Antonio Konte İtaliya millisinə rəhbərlik etdiyi vaxtda AÇ-2016-nın seçmə mərhələsində iki dəfə Azərbaycan yığması ilə qarşılaşıb və hər iki oyunda qələbəyə sevinib (2:1, 3:1).

- Palermodakı ilk oyunda hazırda “Qarabağ”da çıxış edən Qara Qarayev, Bədavi Hüseynov, Rəşad Sadıqov və Rahid Əmirquliyev ilk dəqiqələrdən Azərbaycan millisinin heyətində meydana çıxıb. Elvin Yunuszadə və Ağabala Ramazanov isə ehtiyatda qalıb. Bakıdakı cavab oyununda isə Bədavi meydandan qovuub, həmçinin Qara Qarayev, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Maksim Medvedev, Arif Daşdəmirov və Əfran İsmayılov ilk dəqiqələrdən oynayıblar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:39 Kamal Quliyev: ''Əlimdən gələni edəcəm ki, “Neftçala” dağılsın'' "I diviziona belə komanda lazım deyil. Bu komanda I diviziondan doyub. Nə qədər eyni komandalarla oynamaq olar? Guya Premyer Liqada 10 komandanın olmağı yaxşıdır? Bunlar bir-birilə qarşılaşmaqdan bezmirlər? Bölgələrdə də futbol yaratsalar, nə olar ki?" “Neftçala” klubunun baş məşqçisi Kamal
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az