t s

» » Flora Kərimovadan Fədayə Laçına dəstək: “”Əlimdən heç nə gəlmir, bağışla məni!!!”

Flora Kərimovadan Fədayə Laçına dəstək: “”Əlimdən heç nə gəlmir, bağışla məni!!!”

6-11-2017, 08:09 Yazar:  Məmməd Məmmədov Baxılıb: 105 Çap et
Flora Kərimovadan Fədayə Laçına dəstək: “”Əlimdən heç nə gəlmir, bağışla məni!!!”
Son günlər müğənni Fədayə Laçının həbs olunması geniş müzakirə olunur. Bəzi insanlar onun doğru addım atdığını, bəziləri isə əməlinin cinayət məsuliyyətli olduğunu vurğulayır.

Gündəmdə olan mövzu sosial şəbəkələrdə müzakirə olunmaqla yanaşı, məşhurlar arasında da şərh edilib. Oxu.Az xəbər verir ki, Fədayə Laçın haqqında xalq artisti Flora Kərimova da fikirlərini bildirib. O, baş verənləri bir oyun adlandırıb.

Xalq artistinin sözügedən statusunu sizlərə təqdim edirik:

“Əlimdən heç nə gəlmir, Fədayə qızım, bağışla məni!!! Sənin şüşə kimi qəlbinin təmizliyini mən bilirəm, sənin ailənə, anana bağlılığını, övlad tərbiyənin gözəlliyini mən görmüşəm. Bu şərəfsiz oyunu bu “adı” sənə sırıyanlar, bu qisməti sənə laiq görənlərin Allahı yoxdur, övladları yoxdur?!

Necə çörəyi evlərinə aparırlar, necə övladlarına “Halal çörək qazanmışam” deyəndə utanmırlar, necə vicdanları ilə alver edə bilirlər?! Bir övladın, bir ananın, bir qadının həyatını cəhənnəmə çevirmək, taleyini sındırmaq bu qədərmi asandır?! Hansı məntiqi, hansı gücü, hansı səlmayəni gördünüz siz dişi ilə dırnağı ilə başını dolandıran bu qadında. Həyatım boyu heç kimə qarğış eləməmişəm, çünki mübarizəm olub. Amma indi sizi qarğamaqdan başqa əlimdən heç nə gəlmir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
08:53 Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə ...”Şuşanı, Laçını qoyub qaçdılar” -deyərək 1988-ci ildən bəri o yurdlarda döyüşənləri, dinc insanları, qoca, savadsız kişiləri, qoyun otaranları günahlandırmaq çox asandı. 23 il bundan əvvəlki qarmaqarışıq ictimai-siyasi və hərbi olaylar burulğanının içindən keçən insanlar bəzi gerçəkləri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az