t s

» » Viktoriya Nuland Ermənistandan girovları qaytarmağı tələb edib

Viktoriya Nuland Ermənistandan girovları qaytarmağı tələb edib

18-02-2015, 20:24 Yazar:  Məmməd Məmmədov Baxılıb: 617 Çap et
Viktoriya Nuland Ermənistandan girovları qaytarmağı tələb edib"Ermənistan tərəfi girovları Azərbaycan tərəfinə qaytarmalıdır. Girovların saxlanılması dəhşətli cinayətdir"

Bu sözləri Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib.

O bildirib ki, ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar yaranmış gərginliyə görə narahatdır.

"Biz istəyirik ki, cəbhə xəttində sakitlik hökm sürsün və sülh danışıqları davam etdirilsin. Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri də açıqlama veriblər. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla da heç kimə xeyir verməyən gərginliyin azaldılması barədə müzakirələr aparmışam", - deyə Nuland bildirib.

Qeyd edək ki, ötən ilin iyul ayında Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyev doğmalarının qəbirlərini ziyarət etmək üçün Kəlbəcərə getmişdilər. Lakin Kəlbəcərdə erməni silahlılarının hücumuna məruz qalmışdılar. Həsən Həsənov qətlə yetirilib, Dilqəm Əsgərov və Şahbaz Quliyev isə girov götürülüb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:25 Rusiya Qarabağ məsələsini Amerikasız həll etməyə hazırlaşır Putin 7 rayonu necə qaytarır? Rusiya Qarabağ məsələsini Birləşmiş Ştatların iştirakı olmadan həll etmək istəyir. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu, Rusiya prezidentinin etibarlı şəxsi, Rusiya Federasiyasının İctimai Palatasının üzvü, siyasi analitik Sergey
22:27 XİN: Ermənistan danışıqların başlanmasına əngəl yaratmağa çalışır “Gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”. Ermənistan xarici işlər naziri təəssüf doğuran ziddiyyətli şərhləri ilə regionda kimin sülh və təhlükəsizliyin bərqərar olmasına real əngəl yaratdığını bir daha göstərib. Mediaxeberleri.az-ın məlumatına görə, bunu
19:49 Ermənilərin Ramil qorxusu - Video Separatçı ermənilər girovlarla bağlı yenə sərsəmlədi Ermənilər daha bir sərsəm bəyanat veriblər. ANS PRESS-in məlumatına görə, separatçı Dağlıq Qarabağ Respublikasının "prezidenti"nin mətbuat katibi David Babayan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın
01:08 ABŞ dövlət katibinin müavini Bakıda ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana rəsmi səfərə gəlib. V.Nulandı Heydər Əliyev adına Hava Limanında ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Setuka qarşılayıb. ABŞ Dövlət katibinin müavini Bakıda bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı ticarət və
18:48 İlham Əliyev həmsədrləri qəbul etdi Danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Mediaxeberleri.az

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az