t s

» » “Bu sevgi, sizin dediyiniz o sevgidən deyil” - Foto

“Bu sevgi, sizin dediyiniz o sevgidən deyil” - Foto

22-09-2017, 07:17 Yazar:  Məmməd Məmmədov Baxılıb: 962 Çap et
“Bu sevgi, sizin dediyiniz o sevgidən deyil” - Foto
Çimnaz Sultanova: “Hər bir qadın ilk növbədə özünü sevməlidir”

Deyirlər dünyanı gözəllik xilas edəcək. Eybəcər xanım yoxdur, hər bir xanım gözəldir. Yetər ki, özünə baxmağı bacarsın. Danılmaz faktdır ki, tarix boyu qadınlar gözəlliyin sirlərini öyrənməyə çalışıblar. Bu gün də qadınlar gözəlliyini qoruyub saxlamaq üçün əllərindən gələni edirlər. Çox zaman da məşhurlara baxıb, özlərini onlara oxşatmağa çalışırlar. Bunun üçün əməliyyat masasına uzananlar da olur. Əlbəttə ki, əməliyyatların da hamısı uğurlu keçmir. Anacaq əslində, hər qadın özünə yaxşı qulluq etməyi bacarsa, "gözəllik qurban tələb edir” devizini əsas götürüb, risk etməyə ehtiyac qalmaz. Biz də ekran vasitəsi ilə izlədiyiniz məşhurların gözəllik sirlərini öyrənməyə çalışdıq. Bəs görəsən, onlar öz gözəlliyini necə qoruyub, saxlayırlar? Hansı prosedurlar onları bu qədər təravətli və gözəl saxlamağa vadar edir? Beləliklə, "Məşhurların gözəllik sirləri” rubrikamızın ilk qonağı tanınmış və sevilən aktrisa, ifaçı Çimnaz Sultanovadır. O, maraqlı obrazları və ifası ilə bərabər, həm də gözəlliyi ilə diqqət çəkir. Özünəməxsus gözəlliyə məxsus Çimnaz xanım bu qədər təravətli və ideal bədənə sahib olmağının sirlərini oxucularımızla bölüşdü.

- Çimnaz xanım, istərdik, bizə gözəlliyinizin sirlərindən danışasınız. Sizi bu qədər cəlbedici edən nədir?

- Məni bu rubrikada gördüyünüz üçün minnətdarlığımı bildirirəm. Komplimentlərinizə görə də təşəkkür edirəm. Mənə görə gözəllik daxildən gələn bir şeydir. Bu, sevgidən yaranır. Hər bir qadın ilk növbədə özünü sevməlidir. Qadın ki, özünü sevmədi, demək ki, o, heç zaman gözəl olmayacaq. O ki qaldı gözəlliyin sirlərinə, burada sirr olacaq bir şey yoxdur. Mən özümə hansı proseduraları edirəmsə, bunu "Facebook” səhifəmdə paylaşıram, yəni heç bir sirr saxlamıram. Söhbət simadan gedirsə, elə hesab edirəm ki, üzə qulluq "pilinq”dən başlamalıdır. Badam, sarı "pilinq”lərdən istifadə edirəm. Bunu kosmetoloqlar daha yaxşı bilirlər. Üzün təmizlənməsi və təravətli görünməsi üçün bu proseduru mütləq hesab edirəm. Bu zaman dəri yenilənir, təmizlənir.

- Siz hər zaman formadasınız. Bunun üçün hansı dietalardan və üsullardan istifadə edirsiniz?

- 5 yaşından bədii gimnastika ilə məşğul olmuşam. Ağır zədə aldım, ondan sonra idmana bir müddət ara verdim. Deməyim odur ki, hər zaman bədii gimnastika ilə məşğul olmuşam. İndi isə gündəlik əhvalımdan asılı olaraq, həftədə 3 dəfə "body flex”lə məşğul oluram. Bu, çox gözəl idman növüdür. Xanımlarımız gün ərzində 15 dəqiqə bu idman növü ilə məşğul ols,a onun xeyrini görərlər.

- Siz tez-tez imicinizi dəyişirsiniz, saçlarınızı müxtəlif rənglərə boyayırsınız. Bundan əvvəl saçlarınız narıncı, qırmızı rəndə olub, hazırda isə qara rəngdədir.

- Təbii ki, hər bir qadın müəyyən zaman keçdikdən sonra imicində dəyişiklik etmək istəyir. Mən eyni obrazda qalmağı xoşlamıram. Əvvəllər saçlarımı, imicimi lap tez-tez dəyişirdim. İndi çəkilişlərim başladığı üçün müəyyən obrazı saxlamaq lazımdır. Onun üçün də çox da yox, bir balaca dəyişikliklər edirəm. Saç rəngi insanın əhvalından asılıdır. Əgər hansı əhvaldayamsa, ona uyğun şəkildə saçlarımı boyayıram. İndi qarşıdan payız gəlir. Payızda məni fərqli saç rəngində görəcəksiniz. Əslində çox da qlobal dəyişikliklər etmirəm. Heç buna imic deməzdim. Ancaq saç rəngi həqiqətən də insana çox enerji verir. Geyimlərimizdə də belədir. Gün olur ki, ancaq yaşıl rəngləri seçirsən. Elə gün olur ki, çəhrayı rəngə üstünlük verirsən. Bu, əhvaldan və mövsümdən asılıdır. Qadınların daxili ruhundan asılı olan bir şeydir. Əsas odur ki, qadın həmin saç rəngində özünü gözəl və güvənli hiss etsin.

- Çimnaz xanım, hər dəfə sizə baxanda bizi bir sual maraqlandırır: bədən formanız və simanız standart ölçülərə uyğundur. Bu qədər fit qalmaq üçün hansı estetik əməliyyatları etdiribsiniz?

- Bu sualı hər kəs mənə verir. Çəkildiyim serialda estetik cərrahı reklam edirəm. Ancaq heç vaxt estetik əməliyyat etdirməmişəm. O klinikanı ona görə reklam etmişəm ki, həmin klinika bizə sponsorluq edirdi. Estetik əməliyyatdan qorxuram, inanmıram ki, nə zamansa buna müraciət edim. Klinika siması kimi məni seçib, öz reklamına çəkmişdi. Mənim estetik əməliyyatla heç bir əlaqəm yoxdur. İnanmıram ki, nə vaxtsa estetik əməliyyata ehtiyacım olar. İdmanla məşğul olan insanın çətin ki, əməliyyata ehtiyacı olsun. Qabaqcadan danışmayım, bəlkə 15-20 ildən sonra nəsə etdirəcəyəm (gülürük). Ancaq heç bir estetik əməliyyat etdirməmişəm. Nəinki Azərbaycan şou-biznesində, bəlkə də şou aləmin yeganə qadınlardanam ki, görünüşümə görə heç bir estetik əməliyyat etdirməmişəm. Ömür boyu özümə baxmışam, qidamın, sağlamlığımın qayğısına qalmışam. Hər zaman bədənimə, dərimə, üzümə, saçlarıma qulluq etmişəm. İndi xanımlarımız deyəcək ki, özünə qulluq üçün də pul xərcləmək lazımdır. Arıqlamaq üçün mütləq deyil ki, hansısa bahalı fitnes kluba gedəsən. Arıqlamaq istəyən qadın yaşadığı mənzildə liftdən istifadə etməməklə, pilləkənləri bir neçə dəfə ayaqla qalxıb düşməklə arıqlaya bilər. Bunun özü belə, ən ideal idman növüdür. Hər bir xanımın mətbəxində müxtəlif tərəvəzlər var. Bununla özlərinə maska düzəldə bilərlər. Dəriyə vurulan vitaminlər, nəmləndiricilər son dönəmlər dəb halını alıb. Bizim nənələrimiz tərəvəzlərdən maskalar hazırlayırdılar və gözəl dəriyə sahib olurdular. Xanımların arıqlaya bilməməkdən şikayət etmələrinin, dərilərinin parlaq olmamasının hamısı bir bəhanədir. Özünə baxmaq istəyən qadın buna mütləq vaxt tapacaq. İstədiyi vaxt gözəl görünə bilər. Misal üçün, arıqlamaq üçün məndə çox gözəl bir dieta var. O üsul məni çox arıqladır.

- İstərdik o üsulu bizim xanımlar üçün də bölüşəsiniz.

- Yarmanı təmizləyib suya qoyuram. Bir gecə o suda qalır. Səhəri həmin yarma çox yumşaq olur. Səhər-səhər kivini doğrayıb, onunla birlikdə yeyirəm. Günorta isə pomidor şorbası yeyirəm. Təbii ki, bu şorba yağsız olmalıdır. Axşama da yenə yarma ilə kivi yeyirəm. Bu yaxşı dietadır və çox gözəl nəticəsi var. Mənə nə zaman təcili 2-3 kilo arıqlamaq lazım gəlsə, iki gün həmin dietanı saxlayıram. Bu, mənim arıqlamaq sirrimdir. Hələ indiyə kimi bu sirri heç kimə deməmişəm (gülürük).

- Bildiyimizə görə, siz musiqi ilə də məşğul olursunuz. Musiqi sizin həyatınızda hansı yeri tutur?

- Mən universitetə hazırlaşanda anam deyirdi ki, sən ya Tibb Universitetinə, ya da Pedaqoji Universitetə daxil olmalısan. Anamın arzusu idi ki, mən bağçada musiqi müəlliməsi olum. Uşaqlara musiqi dərsi keçim. O deyirdi ki, qadın üçün ən gözəl iş həftədə iki-üç dəfə gedib uşaqlarla musiqi ilə məşğul olmaqdır. 7 yaşımdan musiqi məktəbinə getmişəm və oranı əla qiymətlərlə bitirmişəm. Düzdür, musiqini uşaq vaxtı çox da bəyənmirdim. Çünki dostlarım həyətdə oynayanda, mən də musiqi ilə məşğul olurdum. Bazar günləri həftənin yorğunluğunu çıxarıb, istirahət etmək, bir az yatmaq istəyirdim. Ancaq həmin günlər mənim solfecio və xor dərslərim var idi (gülürük). Deməyim odur ki, musiqi ilə uşaqlıqdan məşğul olmuşam. Mənim üçün musiqisiz həyat yoxdur. Musiqi insanın ürəyini açır. Onsuz bir günüm olmasın. Musiqi ilə peşəkar səviyyədə məşğul oluram. Hazırda gözəl komanda ilə çalışıram. Belə ki, Ukraynanın əməkdar artisti Rima Şapovalova ilə işləyirik. O, çox peşəkardır və eyni zamanda, gözəl xanımdır.

- Siz zövqlə geyinən xanımlardansınız. Maraqlıdır, geyimlərinizi kim seçir? Bu sahədə stilistlərdən kömək alırsınızmı?

- Xeyr. Hazırda çəkildiyim "Vicdan haqqı” serialında gördüyünüz geyimlərin 60 faizi öz paltarlarımdan ibarətdir. Qalanları isə bizə sponsorluq edən mağazaların geyimləri olur. Hər zaman geyinəcəyim paltarı özüm seçirəm, bunu heç kimə etibar etmirəm. Sonda geyimimə baxanlar deyir ki, bu, qeyri-adi geyimdir. Geyim seçmək zövq məsələsidir, o da daxildən gəlir. Bir çox hallarda mən qara rəngi xoşlamıram. Ancaq görürəm ki, son zamanlar qarderobumda məhz qara rəngi seçirəm. Rəngli paltarları daha çox xoşlayıram, əhvalıma görə geyinirəm. Klassikanı və idman stilini bəyənirəm. Bu da getdiyim məkandan asılıdır.

- Həyat dolu, sevgi dolu bir xanımsınız. Sizi bu qədər pozitiv edən, enerjili saxlayan nədir?

- Bunun səbəbini mən də bilmirəm. Mənim də çox kədərli, qəmli günlərim olub. Əgər bu gün deyib-gülürəmsə, bu o demək deyil ki, həyatımda hüznlü günlər olmur. 2017-ci il mənim üçün çətin başladı. Bu il həyat mənə qarşı çox qəddar oldu, zərbələr aldım. Heç zaman təsəvvür etməzdim ki, həmin insanlardan zərbə ala bilərəm. İtkilərim çox oldu. Bu yay da mənim üçün çətin oldu. Bunu ancaq yaxınlarım bilir. Hələ ki, aldığım həmin zərbədən özümə gələ bilməmişəm. Bilirəm ki, hər insanın problemi var. İnsanın qəm-qüssəli günləri olur. Ancaq buna baxmayaraq, işə gedəndə çalışıram ki, öz ürək ağrılarımı kollektivdə duymasınlar, şən zarafatcıl görünüm. Bir Allah bilir ki, ürəyimdə nələr çəkirəm. 2017-ci il tez qurtarsaydı, yaxşı olardı. Bu il mənim üçün çətin bir il oldu.

- İnsanı gözəlləşdirən, gözəl saxlayan sevgidir. Həyatınızda bu sevgiyə layiq olan birisi varmı?

- Desəm inanmazsınız, ancaq həqiqətən də, mənim həyatımda elə bir insan yoxdur. Düzdür məni çox adam sevir. Amma sizin fikirləşdiyiniz elə bir insan isə yoxdur. Çalışıram ki, insanlara qarşı mehriban olum, sevgi ilə yanaşım. Amma bu sevgi, sizin dediyiniz o sevgidən deyil.

Xəyalə Rəis




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az