t s

» » Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”

21-09-2017, 07:52 Yazar:  N.Nihad Baxılıb: 394 Çap et
Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov ötən həftə 78 yaşında dünyasını dəyişdi.
El sənətkarı vəsiyyətinə uyğun olaraq, ata-baba yurdu Qazaxda dəfn olundu.


Qeyd edək ki, “Ruhani”, “Yanıq Kərəm”, “”Qaraçı”, “Naxçıvani”, “Ürfani”, “Divani” və s. kimi xeyli sayda saz havalarının möhtəşəm ifaçısı olan Aşıq Ədalət nəinki Azərbaycanda, eləcə də bütün türk dünyasında sevilir.

Aşıq Ədalət sağlığında bir çox ölkələrdə Azərbaycanı layiqincə təmsil edib. Amma təəssüf ki, bizim kinomatoqrafiya qeyri-adi ifası olan bu virtuoz sənətkardan lazımınca bəhrələnə bilmədi. Amma Ədalətin sazı istər tarixi, istərsə də milli ruhumuzun əksi olan filmlərimizə əlavə rəng qatardı. Amma inanırıq ki, bundan sonra çəkiləcək və peşəkarlığına görə daha da seçiləcək filmlərdə ustad aşığın lent yazılarından istifadə ediləcək.

Amma bu o demək deyil ki, Aşıq Ədalət heç bir rejissorun yadına düşmədi. Aşıq Ədaləti elə böyük ekrandakı ilk addımlarından biri də kino ilə bağlıdır. Rejissor Tofiq Tağızadə 1970-ci ildə çəkdiyi “Yeddi oğul istərəm” filmində Gəray bərin Cəlalı öldürdüyü səhnəsində Aşıq Ədalətə və onun saz ifasına ayrıca yer verdi. Bu epizod sonradan filmin ən maraqlı kadrlarından birinə çevrildi. Hətta filmə baxan tamaşaçılar bihudə yerə olsa da, Aşıq Ədaləti qınayırmışlar. Ona “cavan bir oğlan güllələndiyi yerdə sən necə saz çala bildin?” sualı tez-tez verilirdi. Amma Gəray bəyin “çal, aşıq, çal! Komsomolun canı it canıymış” əmri ilə ifa edən Aşıq Ədalət kifayət qədər səmimi insan olduğundan onlara bütün filmin mətbəxini açıb-tökürmüş. Sən demə, filmin ssenarisinə uyğun olaraq, aşıq sazla ifa edir, bu zaman Gəray bəy sonuncu öldürücü gülləni ona çaxandan sonra aşıq çox pərt olur və sazını qayaya çırparaq sındırır. Aşıq Ədalətə obrazın məhz bu xüsusiyyəti zövq verdiyindən çəkilişə razı olmuşdu. Moskva isə aşığın sazı sındırması səhnəsini filmdən kəsmişdi....

Aşıq Ədalətin bu ifası həm onu, həm də “Yanıq Kərəm” saz havasını daha da sevdirdi. Bundan sonra bir neçə yarı bədii, yarı sənədli, bioqrafik filmlərə dəvət aldı.
Onların arasında təəssüf ki, ekranlarda demək olar ki, nümayiş etdirilməyən “Aşıq Ələsgər” filmi də var. Film “Yeddi oğul istərəm”dən cəmi 2 il sonra-1972-ci ildə çəkilib. Böyük el sənətkarı, irfan aşığı Aşıq Ələsgərin anadan olmasının 150 illiyinə həsr edilib. Film bütöv xarakterə malik, barışmaz, kökləri xalqa möhkəm bağlı, vətənini qızğın məhəbbətlə sevən, öz qoşmaları və telli sazı ilə onu tərənnüm edən el aşığı Ələsgərə ithafən lentə alınıb. Filmdə doğma təbiətdə aşıq Ələsgərin poeziyası bir-birini tamamlayır. Müəlliflər sənətkarın zəngin yaradıcılığına müraciət edirlər. Onlar burada eyni zamanda söz sənətindən, yaradıcılıq və sənətkarlıq məsələlərindən danışmış, folklor ədəbiyyatı tariximizi vərəqləyir, "Dədə Qorqud" dan başlayaraq, bugünki aşıq yaradıcılığına qədər olan dövrdən bəhs edirlər. Nə yaxşı ki, Aşıq Ələsgərə aid bütün saz ifalarını məhz Aşıq Ədalətə həvalə edirlər. Ədalətin ifası Aşıq Ələsgəri sanki yenidən canlandırır.

1992-ci ildə çəkilən daha bir bioqrafik “Prima” filmində Aşıq Ədalət kadrlarda yer alır. Bədii elementlərlə zəngin olan film məşhur rəqqasə Əminə Dilbaziyə həsr olunub. Tofiq İsmayılovun çəkdiyi filmdə Aşıq Ədalət “Ruhani” havası ifa edir. Artıq yaşlaşmış Əminə xanım da kadrlarda görünür və bu gözəl ifaya, gözəl aşıq havasına nəvəsi ilə birlikdə rəqs edir. Aşıq Ədalətin “Ruhani” ifası məhz bu filmdə zirvə nöqtəsinə çatır.
Aşıq Ədalətin sonuncu ekran işi isə ustad aşıq Aşıq Əli Quliyevə həsr olunan “Tanrı payım, telli sazım” sənədli filmidir. Burada o kadrlarda görünmür, lakin kadrarxası bütün möhtəşəm ifalar ona məxsusdur.

Bu mövzudan danışarkən bir filmi mütləq qeyd etməliyik. Bu, 1971-ci ildə çəkilən “Ədalət” filmidir. Adından da göründüyü kimi ustad aşığın özünə ithaf olunub. O zaman hələ Ədalət Nəsibov cavan idi. “Yeddi oğul istərəm”dən cəmi bir il keçmişdi. Amma Nazim Abbasın çəkdiyi sənədli filmin əsas özəlliyi odur ki, burada təkcə Ədalət yox, onun timsalında bütün el və onun saflığı tərənnüm olunur. Filmin süjet xəttini aşığın həyat və yaradıcılığı təşkil etmir. Burada qəhrəman elin və təbiətin saflığıdır.

N.Nihad




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az