t s

» » Azərbaycan idmançıları hərbçilər arasında güləş üzrə dünya çempionatının ilk günündə beş medal qazanıblar

Azərbaycan idmançıları hərbçilər arasında güləş üzrə dünya çempionatının ilk günündə beş medal qazanıblar

20-09-2017, 22:42 Yazar:  Məmməd Məmmədov Baxılıb: 281 Çap et
Azərbaycan idmançıları hərbçilər arasında güləş üzrə dünya çempionatının ilk günündə beş medal qazanıblar
Sentyabrın 20-də Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə Azərbaycanın altı idmançısı mübarizəyə qoşulub. Belə ki, sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.

Yarışın ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub. Yığmamızın üzvləri bir qızıl, bir gümüş, üç bürünc medal qazanıblar. Qızıl medalı millimizin aktivinə Qalib Əliyev yazdırıb. Sərbəst güləşçimiz 61 kiloqram çəki dərəcəsində yarışın finalında amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumıniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Ağahüseyn Mustafayev (65 kq) iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlubiyyətə uğradaraq üçüncü pillədə qərarlaşıb. Coşqun Əzimov (70 kq) isə polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Güləşçimiz Türkan Nəsirova (48 kq) Çin idmançısı Jou Çengçengi 8:5 hesabı ilə məğlub edərək gümüş medala sahib olub.

İlk görüşdə məğlub olan Tatyana Varantsova isə mübarizəni dayandırıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də daxildir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:58 Xaricdə tər axıdan azərbaycanlı İDMANÇILAR Bir neçə gün bundan əvvəl Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyevin Londonda keçirilən atletika üzrə dünya çempionatında qızıl medal alması hər iki qardaş ölkənin ümumi sevincinə çevrildi. Doğrudur, ortada təəssüfləndirici meyarlar da var idi ki, bu da xüsusilə Azərbaycan mediasında
10:27 Azərbaycanın hərbçi idmançıları dünya çempionatında... Makedoniyanın paytaxtı Skopye şəhərində keçiriləcək və Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında təşkil edilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatına hazırlıq işləri başa çatıb. Sentyabrın 20-də bütün idmançılar Skopye şəhərinin ən böyük idman arenalarından olan və Boris
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:55 Toğrul Əsgərov erməniyə qalib gəldi Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a daxil olan məlumata görə, bu günə qədər
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az