t s

» » Küçələrdə artan dini təbliğat halları qanunidirmi? - RƏSMİ cavab

Küçələrdə artan dini təbliğat halları qanunidirmi? - RƏSMİ cavab

29-08-2017, 09:01 Yazar:  Məmməd Məmmədov Baxılıb: 138 Çap et
Küçələrdə artan dini təbliğat halları qanunidirmi? - RƏSMİ cavab
Son günlər Bakıda “Yehova şahidləri” dini icmasının üzvlərinin küçələrdə insanlara yaxınlaşaraq dini təbliğat aparması halları artıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məsələyə münasibət bildirərkən Trend-ə deyib ki, “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinə əsasən, dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər. Bu o deməkdir ki, dini icma Dövlət Komitəsi tərəfindən idxalına və ya çapına razılıq verilmiş, eləcə də nəzarət markası vurulmuş dini kitabı yaya bilər:

“Amma bu, ictimai asayişin pozulması cəhdi, o cümlədən vətəndaşlara narahatlıq yaradılması ilə müşahidə olunmamalıdır. Dini kitabların küçədə satılmasına gəlincə, bu yolverilməzdir. Çünki “Dini etiqad azadlığı haqqında” qanunun yenə 22-ci maddəsinə görə, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razlığı ilə yaradılmış ixtisaslaşmış satış məntəqələri (dini mağaza) vasitəsilə həyata keçirilir”.

G.İsmayılovun sözlərinə görə, göründüyü kimi, qanunvericilikdə dini kitabın satışı və yayılması fərqli anlayışlardır. Başqa sözlə, dini kitabın zərərli olmaması və nəzarət markası vurulması onun istənilən yerdə satılmasına əsas vermir:

“O ki qaldı dini icmalar tərəfindən dini kitablar yayılarkən qanunvericiliyin pozulması hallarına, indiyədək bu cür faktlar qeydə alınıb. Bəzi hallarda “Yehova şahidləri” və digər dini icmaların üzvləri vətəndaşların evlərinə gedərək israrlı şəkildə dini təbliğat aparırlar. Bu isə narazılıq yaradır. Bu cür hallarla bağlı Dövlət Komitəsinə əvvəllər dəfələrlə müraciət daxil olub və müvafiq tədbirlər görülüb.

Yaxşı olar ki, vətəndaşlar dini ədəbiyyatın yayılması halı ilə qarşılaşdıqda ilk növbədə həmin kitaba nəzarət markası vurulub-vurulmadığına baxsınlar. Əgər vurulmayıbsa, deməli, qanunsuzdur. Əgər nəzarət markası vurulubsa, amma satılırsa, bu da qanun pozuntusudur. Çünki dini kitabın satılması yalnız dini mağazalar vasitəsilə həyata keçirilməlidir. Nəzarət markası vurulmuş dini kitablar isə satılmamaq şərti ilə sərbəst yayıla bilər”.

Xatırladaq ki, bəzi ölkələrdə, o cümlədən Rusiyada "Yehova şahidləri" dini icmasının fəaliyyəti qadağan edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az