t s

» » Qurban bayramı ilə əlaqədar baytarlıq nəzarəti gücləndirilib - ƏMR

Qurban bayramı ilə əlaqədar baytarlıq nəzarəti gücləndirilib - ƏMR

29-08-2017, 08:55 Yazar:  Məmməd Məmmədov Baxılıb: 144 Çap et
Qurban bayramı ilə əlaqədar baytarlıq nəzarəti gücləndirilib - ƏMR
Bu il sentyabrın 1-2-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar dövlət baytarlıq nəzarətinin gücləndirilməsi haqqında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən (DBNX) əmr verilib.

DBNX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əmr respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsiminin qarşısının alınması, ətlərin baytarlıq-sanitariya ekspertizasından keçirilməsi məqsədi ilə imzalanıb.

Əmrdə rayon, şəhər baytarlıq idarələrinin rəislərinə tapşırılır ki, Qurban bayramı ilə əlaqədar olaraq heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısının alınması, ət və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətini gücləndirsinlər. Bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə baytarlıq mütəxəssisləri təhkim etsinlər.

Həmçinin rayon və şəhərə satış üçün gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə Baytarlıq Şəhadətnaməsinin olmasının müəyyənləşdirilməsi, bunun nəticəsindən asılı olaraq müvafiq tədbir görülməsi, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsi tapşırılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:54 Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir «Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi… (5-ci yazı) «Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
10:00 Dövlət Xidməti Novruz yarmarkaları ilə əlaqədar əmr imzaladı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti martın 12-dən 20-dək davam edəcək Novruz yarmarkaları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək. Mediaxeberleri.az xəbər verir ki, xidmətdən Ölkə.Az-a verilən məlumata görə, bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti
08:18 Bakıda təhlükəli ət satan şəxsdən xəbər var Nazirlik məlumat yaydı. Abşeron rayonunda aşkarlanan sallaqxana ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinindən Mediaxeberleri.az-a bildirilib. Məlumatda bildirilib ki, 9 yanvar 2016-cı il tarixdə Abşeron rayonunun Aşağı Güzdək
08:57 Heydər Əsədovun kadrı özünü toxunulmaz hesab edir... - Dövlət Baytarlıq Nəzarəti Xidmətində özbaşınalıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarların işinə müdaxilələrin qarşısının alınmasına yönəldilmiş tədbirləri, korrubsiya qarşı barışmaz mövqeyi bir çox bu çirkaba bulaşan, “xalqıma xidmər edirəm” hay-küy salan bəzi məmurların artıq qorxulu yuxusuna çevrilsə də,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az