t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » “Qarabağ”ın Çempionlar Liqasından qazanacağı məbləğ açıqlandı

“Qarabağ”ın Çempionlar Liqasından qazanacağı məbləğ açıqlandı

17-08-2017, 09:11 Yazar:  Məmməd Məmmədov Baxılıb: 406 Çap et
“Qarabağ”ın Çempionlar Liqasından qazanacağı məbləğ açıqlandı
UEFA 2017-2018 mövsümündə Çempionlar Liqasından gəlirlərin bölgüsü sxemini açıqlayıb.

Mediaxeberleri.az
Report-a istinadən xəbər verir ki, cari mövsümdə Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokundan ümumi gəlir 2,35 milyard avro proqnozlaşdırılır.

Bu proqnoza və gəlirlərin bölgü sxeminə əsasən, avrokubok iştirakçıları üçün ümumilikdə 1,7187 milyard avro nəzərdə tutulub. Bunun 1,3189 milyard avrosu Çempionlar Liqası və UEFA Super Kuboku, 399,8 milyon avrosu isə Avropa Liqası iştirakçıları üçün nəzərdə tutulub.

2,25 milyard avronun 12 faizi (282 milyon avro) təşkilati və inzibati xərclərə, 8,5 faizi (199,7 milyon avro) həmrəylik xərclərinin ödənilməsinə sərf olunacaq.

Çempionlar Liqasının 32 iştirakçısına gəldikdə, onların hər biri ən azı 12,7 milyon avro qazanacaq. Qrup mərhələsindəki hər qələbə əlavə 1,5 milyon avro, heç-heçə isə 500 min avro gətirəcək.

1/8 finala vəsiqə qarşılığında hər bir klub daha 6 milyon avro, 1/4 finala yüksələcəyi təqdirdə 6,5 milyon avro, yarımfinala qatılacağı halda 7,5 milyon avro qazanacaq.

Çempionlar Liqasının qalibi əlavə 15,5 milyon avro, finalçı 11 milyon avro əldə edəcək.

Beləliklə, “play-off” və bazar gəlirləri nəzərə alınmamaqla, qalib komanda maksimum 57,2 milyon avroya sahib çıxacaq.

Qrup mərhələsindəki nəticələrə və turnirdə irəliləmələrə görə ödənişlər ümumilikdə 761,9 milyon avro təşkil edəcək. Bunun 507 milyon avrosu teleyayım üçün nəzərdə tutulub.

Qrup mərhələsinin birbaşa iştirakçıları 1,2689 milyard avro əldə edəcəklər. Qrupa düşə bilməyən çempionlar isə seçmə mərhələlərdə iştirak bonusundan əlavə, 260 min avroya sahib olacaqlar. Çempionlar Liqasının ilk 3 təsnifat mərhələsində iştirak haqları müvafiq olaraq, 220 min avro, 320 min avro və 420 min avrodur. Bu məbləğlər yalnız mübarizəni dayandıranlar üçün nəzərdə tutulub. “Play-off”da mübarizəni dayandıranlar isə bu ödənişlərdən əlavə, 260 min avro bonus əldə edəcəklər.

UEFA Super Kubokunun qalibi 4 milyon avro, uduzan klub isə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” təmsil edir. Ağdam klubu Çempionlar Liqasının ilk “play-off” matçında evdə Danimarka “Kopenhagen”ini yenib - 1:0. Cavab görüşü avqustun 23-də keçiriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
16:00 Vergi borcları silinmiş idmanla bağlı qurumların adları açıqlandı – SİYAHI Vergilər Nazirliyi 2017-ci il yanvarın 1-dək faiz və maliyyə sanksiyaları üzrə mövcud olan borcları qeyd-şərtsiz olaraq silinmiş vergi ödəyicilərinin siyahısını dərc edib. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, idmanla bağlı qurumlar arasında ən çox silinmiş vergi borcu bu ilin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az