t s

» » “Meridian” şadlıq sarayında kütləvi dava - İş adamı vəhşicəsinə döyüldü

“Meridian” şadlıq sarayında kütləvi dava - İş adamı vəhşicəsinə döyüldü

4-08-2017, 13:06 Yazar:  Nuhu Baxılıb: 301 Çap et
“Meridian” şadlıq sarayında kütləvi dava - İş adamı vəhşicəsinə döyüldüBakıda şadlıq sarayında görünməmiş olay yaşanıb. Mənbədən Mediaxeberleri.az-a daxil olan məlumatda bildirilir ki, şəhərin Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanında yerləşən “Meridian” şadlıq sarayında toy sahibi və onun qohumları vəhşicəsinə döyülüb.

Mediaxeberleri.az-ın verdiyi məlumatda qeyd olunur ki, iyulun 29-da “Meridian” şadlıq sarayında Qazaxıstanda yaşayan Mərdan adlı azərbaycanlı iş adamı oğluna toy məclisi düzəldib. Toy məclisinin başlamasından bir saat keçməmiş ara qarışıb. Belə ki, Mərdanın qardaşı oğlu ilə şadlıq sarayının sahibi arasında yaranmış mübahisə sonra kütləvi davaya çevrilib. “Meridian” şadlıq sarayının sahibi Ramizin göstərişi ilə Mərdan və onun qardaşı oğlu, eləcədə digər qohumları döyülüb. Ağır xəsarətlər alan toy sahibləri xəstəxanaya yerləşdirilib.
Realliq.info qeyd edir ki, toy məclisini dağıdan və toy sahibinə ağır xəsarətlər yetirən şəxslər Ramizin Rusiyadan gətirdiyi idmançılar olub. Saytın araşdırmalarına görə “Meridian” şadlıq sarayının sahibi Ramiz Rusiyadan gətirdiyi “qoçu”ları hazırda gizlədib.

Hadisə ilə bağlı Nizami rayon Polis şöbəsində araşdırmalar aparılır. Realliq.info – ya daxil olan məlumatda bildirilir ki, “Meridian” şadlıq sarayının sahibi Ramiz cinayəti ört-basdır etməyə çalışır. Hətta onun Rusiyadan gətirdiyi qoçular iş adamı Mərdanı hədələməkdədirlər. Ramizin onlara; “mənim qardaşım “Bos Həmid” sizi öldürər və sizə kimsə sahib çıxmaz, ərizələrinizi geri götürün” - kimi mesajlar göndərməsi qarşı tərəfi narahat etməkdədir. Baş verən cinayətin ört-basdır edilməsindən əndişələnən Mərdan və adamları aidiyyatı qurumlara müraciət ediblər.

Məsələ ilə bağlı “Meridian” şadlıq sarayının rəhbərliyi ilə əlaqə saxladıq. Şadlıq sarayının məsul şəxslərindən olan Ramin Realliq.info -ya bildirdi ki, hadisə baş verib və hazırda məsələni polis araşdırır; “İyulun 29-da baş tutan toy məclisində kütləvi davanın baş verdiyi doğrudur. Amma hadisə şadlıq sarayının həyətində olub”.
Mövzuya qayıdacağıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:07 Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ «Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:17 Fermerlər icra başçısını ifşa etdi – FAKTLAR Füzuli rayonundan olan bir qrup fermer bölgədəki özbaşınalıqları faktlarla sübut edib. Rayon icra başçısı Alı Alıyevin əməllərini ifşa edən materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub. Ölkə başçısının məmurlara etdiyi xəbərdarlıqdan sonra bu müraciət nəzarətə götürülüb. İddialara görə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az