t s

» » Millimiz çətin qrupda

Millimiz çətin qrupda

24-03-2015, 08:20 Yazar:  Aygün Baxılıb: 845 Çap et
Millimiz çətin qrupdaAvropa Üzgüçülük Federasiyasının Lüksemburqdakı iqamətgahında “Bakı-2015” Avropa Oyunlarında su polosu yarışlarının püşkü atılıb.

Püşkün nəticəsinə əsasən, 16 kişi komandası 4, 12 qadın yığması 2 qrupda mübarizə aparacaq.

Püşkatmaya görə, kişilərdən ibarət Azərbaycan millisi “B” qrupunda Macarıstan, Almaniya və Rumıniya kollektivləri ilə qarşılaşacaq. “A” qrupunda İtaliya, Rusiya, Fransa, Ukrayna, “C” qrupunda Monteneqro, Xorvatiya, Yunanıstan, Türkiyə, “D” qrupunda isə Serbiya, İspaniya, Slovakiya və Malta yığmaları üz-üzə gələcək.

Qadınların mübarizəsində isə Azərbaycan təmsilçisi mübarizə aparamayacaq. Yunanıstan, Hollandiya, Macarıstan, Almaniya, İsrail, Böyük Britaniya millisi yarışın “A” qrupunda, İspaniya, İtaliya, Rusiya, Slovakiya, Fransa və Serbiya yığması isə “B” qrupunda birincilik uğrunda mübarizə aparacaq.

Reqlamentə əsasən qrupda ilk yeri tutacaq komandalar birbaşa mərhələ adlayacaq.

İkinci və üçüncü yeri tutacaq komandalar isə pley-off-da yarışacaqlar.ans




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:23 Millimizin potensial rəqibləri bilindi Futzal üzrə milli komandamızın Avropa çempionatının "pley-off" mərhələsindəki potensial rəqiblərinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yığmamız 7 komandadan birinə rəqib olacaq. Komandamızla yanaşı, digər qrupların ikinciləri, eləcə də ən yaxşı 3-cü yerin sahibi "pley-off"
08:57 İdmançılarımız Dünya Kuboku üçün yarışacaqlar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir. Güləş Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak edir.
18:55 Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı - SİYAHI İlk oyunlar martın 12-də keçiriləcək. Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Mediaxeberleri.az xəbər verir ki,UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 16 komanda 8 cütlük təşkil edib. 1/8 finalın ilk oyunları martın 12-də, cavab
20:40 Azərbaycan ilk dəfə Dünya Kubokunun qalibi oldu - (Video) Azərbaycanın yunan-Roma güləşi üzrə yığması İranın paytaxtı Tehran şəhərində böyüklər arasında keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunun qalibi olub. Mediaxeberleri.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, Azərbaycan güləşçiləri fevralın 20-də finalda digər
09:26 Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında İdmançılarımız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Fevralın 19-da Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az