t s

» » İcra məmurundan Fikrət Məmmədova şikayət

İcra məmurundan Fikrət Məmmədova şikayət

28-07-2017, 09:57 Yazar:  Nuhu Baxılıb: 59 Çap et
İcra məmurundan Fikrət Məmmədova şikayət Mediaxeberleri.az xəbər verir ki, Biləsuvar rayon sakini Əkbərova Xuraman Sərraf qızı Moderator.az-a ünvanladığı şikayət məktubunda Ədliyyə Naziri Fikrət Məmmədova şikayət edib.

Müraciətdə deyilir:

Hörmətli cənab nazir!

Sizə bildirmək istəyirəm ki, mən Əkbərova Xuraman Sərraf qızı 13 may 1979-cü ildə Biləsuvar rayonunda anadan olmuşam. 1995-ci il avqustun 31-də Cəlilabad rayon sakini Abışov Faiq Qaçoxan oğlu ilə ailə həyatı qurdum. İki qız övladımız dünyaya gəldi. Ailədəki problemlərimizə görə 2016-cı ilin aprel ayında Cəlilabad rayon məhkəməsində boşandıq. Boşandıqdan sonra həyat yoldaşım qayınlarımla birləşərək Cəlilabad rayon Səttarxan küçəsindəki evimi əlimdən alaraq satmaq istəyir. Hal-hazırda Cəlilabad rayon məhkəməsində çəkişirik.

Cəlilabad rayon məhkəməsi tərəfindən iki uşağıma görə mənə 160 manat aliment verilməsi ilə bağlı qərar çıxarılıb. Lakin icra məmuru Elşad Əhmədov bu günə kimi alimentimin ödətdirilməsində maraqlı deyil. Odur ki, keçmiş həyat yoldaşımın mənə 1500 aliment borcu yaranıb. Hər dəfə icra məmurunun qəbuluna getsəm də çox təəssüf ki, qapı dalında qalıram. İki uşaqla çıxılmaz vəziyyətdə qalmışam.

Hörmətli cənab nazir!

Kimsəsiz, köməksiz bir ana olaraq son ümid kimi sizdən kömək istəyirəm. Xahiş edirəm, uşaqlarıma təyin edilmiş 1500 manat aliment borcunun ödətdirilməsi üçün Cəlilabad rayon məhkəməsinin icra məmuru Elşad Əhmədova müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Öncədən sizə özüm və iki azyaşlı uşaqlarım adından təşəkkür edirəm.

Redaksiyadan: Məsələylə bağlı icra məmuru Elşad Əhmədovla əlaqə saxlamağa çalışdıq. Amma çox təəssüflər olsun ki, E.Əhmədov telefon zənglərimizə cavab vermədi. Biz qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:43 "İcra məmuru evimi əlimdən almağa çalışır" - ŞİKAYƏT Cəlilabad rayon Kirovka qəsəbəsinin Səttarxan küçəsində yaşayan Əkbərova Xuraman Sərraf qızı redaksiyamıza göndərdiyi şikayət məktubunda ədliyyə naziri Fikrət Məmmədovdan kömək istəyir. "Hörmətli cənab nazir! Bildirmək istəyirəm ki, mən - Əkbərova Xuraman Səraf qızı 13 may 1979-cu ildə Belasuvar
10:07 Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ «Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az