t s

» » General Mehmandarovun nəticəsinə qarşı ŞOK FIRILDAQ: - “Bank maşınımı əlimdən aldı”

General Mehmandarovun nəticəsinə qarşı ŞOK FIRILDAQ: - “Bank maşınımı əlimdən aldı”

28-07-2017, 09:53 Yazar:  Nuhu Baxılıb: 46 Çap et
General Mehmandarovun nəticəsinə qarşı ŞOK FIRILDAQ: - “Bank maşınımı əlimdən aldı”O, bankın əməkdaşları tərəfindən aldadılaraq bahalı avtomobilinin əlindən alındığını bildirir. A.Mehmandarlının sözlərinə görə, 1 il yarımdır ki, avtomobilin harada saxlanıldığına dair məlumatı yoxdur və bank da bu barədə ona hər hansı rəsmi açıqlama verməkdən imtina edir:
“2014-cü ilin avqust ayında “Mersedes GL” markalı avtomobilimi BTB bankda girov qoyub, 50 min dollar kredit götürmüşəm. Aylıq ödəniş 1838 dollar idi. 9 ay kreditin ödənişini etdim. 2015-ci ildə devalvasiyadan sonra çoxsaylı müraciətlərimə baxmayaraq ödənişlə bağlı mənə heç bir güzəşt etmədilər. Devalvasiyadan əvvəl bu, 1400 manat idi, birinci devalvasiyadan sonra isə məbləğ 2000 manat edirdi. Bankın əməkdaşları mənə ədəbsiz təkliflər edirdilər. Mənə deyirdilər ki, subaydılar, mənimlə çay içmək istəyirlər və s. 50 min dollarlıq kreditə imza atsam da, mənə 40 min dollar verildi. 10 min dollarını bank özünə götürmüşdü. Bankdan mənə dedilər ki, guya ki mənə verilməyən 10 min dollar “şapka” puludur filan…”.

A.Mehmandarlı bildirib ki, bankın işçiləri ilə problem yaşadığıma görə ödənişi bir ay gecikdirdim:

“Daha sonra onlar Nizami Rayon Məhkəməsinə müraciət edərək avtomobil üzərində həbs tələb etdilər. Məhkəmə avtomobilim üzərində heç bir həbs qoymadı. Daha sonra bank Apellyasiya məhkəməsinə müraciət etdi. 2015-ci ilin 15 dekabrında Apellyasiya məhkəməsinin çıxardığı qərardadla avtomobili istifadə etməyimə qadağa qoyuldu. Avtomobildən istifadə etməyimə qadağa o demək deyil ki, avtomobil banka təhvil verilməli, yaxud da dövlətin dayanacağına qoyulsun”.

Həmsöhbətimizin sözlərinə görə, 2016-cı ilin fevral ayında övladlarının sağlamlığı ilə bağlı problemə görə avtomobili satmaq qərarına gəlib:

“Banka yaxınlaşdım. Samir Qəhrəmanov adlı şəxs məni BTB bankının problemli kreditlər şöbəsinin müdiri Cavid Zeynalovun yanına apardı. Cavid Zeynalov mənə acıqlandı ki, niyə ödənişi etmirəm, guya dövlətin pulunu yemişəm və s. O həm də ünvanıma ləyaqətsiz ifadələr səsləndirməklə məni təhqir etdi. Onlara izah etdim ki, avtomobilimi satıram. Borcum nədirsə, hamısını da ödəyəcəm. Həmin vaxt banka borcum 43 min dollar idi. Cavid Zeynalov mənə dedi ki, maşını ucuz qiymətə satmayım. Mənə yaxşılıq etmək istədiklərini bildirərək, maşınımı lizinqə salmağı təklif etdilər. Mənə bildirdilər ki, maşını 2 günlük onlara verim, daha sonra məsləhətləşək. Samirlə Cavid qeyrətlərinə and içərək bildirdilər ki, maşınıma heç nə ola bilməz. Heç bir sənəd imzalamadan mən avtomobilimi aparıb VİP Lizinq avtosalonunun qarşısına qoydum. Açar onlarda qaldı, nömrəni isə çıxarıb özümdə saxladım. Mənə dedilər ki, əgər lizinqlə razılaşmasam, avtomobili 2 gün sonra gəlib götürə bilərəm. Mən də bunlara inandım. Bir gün sonra məndən maşını lizinqə salmaq üçün 7800 manat pul istədilər. Razılaşmadım. Dedim, o zaman avtomobilimi verin gedim satım. Məni acılayaraq avtomobili verməyəcəklərini, niyə mənim bahalı maşın sürdüyümü dedilər. Cavid Zeynalov əsəbi formada bildirdi ki, maşınımı hərraca çıxarıb 20 min dollara satacaqlar. Yenə məni təhqir etdilər. Yaxınlaşdım banka ki, mənim maşınımı qaytarın. Sonradan məlum oldu ki, mənlə danışan Cavid Zeynalov BTB bankının Lizinq şöbəsinin müdiri imiş”.

Aygün Mehmandarlı bundan sonra sözügedən şəxslərlə bağlı Xətai Rayon Prokurorluğuna müraciət edir:

“Proqkurorluqdan mənə bildirdilər ki, bu, mülki məsələdir. Yəni məhkəməyə müraciət etməliyəm. Əlimdə zəruri sənədlər olmadığına görə məhkəməyə müraciət edə bilmədim. 4 ay sonra banka müraciət etdim ki, mənim maşınımın onlarda olmasına dair arayış versinlər. Mənə bildirdilər ki, mənim maşınım bankda deyil. İzah etdim ki, Cavid Zeynalov və Samir Qəhrəmanov adlı şəxs maşınımı əlimdən alıblar. Dedilər ki, onların banka heç bir aidiyyatı yoxdur, onlar lizinqdə olan avtomobillərə baxırlar. Mənə problemli şöbəyə müraciət etməyi məsləhət gördülər. Həmin şöbədən isə mənə avtomobillə bağlı heç nə deyə bilməyəcəklərini bildirdilər. Gəldim avtosalonun qarşısına. Samir Qəhrəmanov da orada idi. Ondan soruşdum ki, mənim maşınım haradadır. Mənə qarşı fiziki zorakılıq etməyə çalışdı. Dərhal “102” xidmətinə zəng etdim. 37-ci Polis Bölməsi işi araşdırmağa başladı. Lakin sonradan cinayət işinin başlanması rədd edildi”.

A.Mehmandarlı bildirdi ki, onun bankdan sənəd tələb etmək fikrindən dönəcəyi təqdirdə sözügedən şəxslər tərəfindən maşınının geri qaytarılacağı vədi verilib:

“Samir və Cavid daha sonra mənə dedilər ki, maşının 4 aydır bankda olmasına dair bankdan sənəd tələb etməyim. Qarşılığında isə maşını mənə qaytaracaqlarını bildirdilər. Razılaşmadım. Artıq 1 il 6 aydır, maşınım yoxdur. Bank da bir tərəfdən borcumu tələb edir. Bank Nizami Rayon İcra Şöbəsinə saxta sənəd təqdim edərək bildirib ki, guya mən avtomobilimi könüllü olaraq gətirib banka təhvil vermişəm. Mən də banka bildirdim ki, niyə mənim adımdan o cür saxta sənəd təqdim edilib. Əgər avtomobili banka təhvil vermişəmsə, ortada təhvil-təslim aktı olmalıdır. Bank bir tərəfdən Samir və Cavid adlı əməkdaşlarını tanımıdığını bildirir, digər tərtəfdən isə həmin şəxslərə bankın idarə heyəti sədrinin adından sənəd verilir ki, maşının saxlancı Samir Qəhrəmanova etibar edilsin”.
Həmsöhbətimz bundan sonra Nəsimi Rayon Məhkəməsinə mülkü qaydada müraciət etdiyini, lakin məhkəmənin işin cinayət tərkibli olduğu qənəatinə gələrək işi geri qaytardığını bildirdi.
Qeyd edək ki, Aygün Mehmandarlı məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib. “Bank BTB”-nin təqdim etdiyi sənədlərə əsasən Palatanın cavabında qeyd olunub ki, A.Muradxanlı məhkəmənin çıxardığı qərardaddan sonra avtomobil könüllü şəkildə banka təhvil verib.
Onu da əlavə edək ki, Aygün Mehmandarlı Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri, Azərbaycan SSR hərb xadimi, artilleriya generalı Səməd bəy Mehmandarovun nəticəsidir.
Mediaxeberleri.az qarşı tərəfin fikrini öyrənməyə hazırdır. Sayt məsələni gündəmdə saxlayacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az