t s

» » “Rəhim Qazıyevi ifşa etmişdinizsə, bəs nə üçün məsuliyyətə cəlb etmədiniz?” — Etibar Məmmədovdan AÇIQLAMA

“Rəhim Qazıyevi ifşa etmişdinizsə, bəs nə üçün məsuliyyətə cəlb etmədiniz?” — Etibar Məmmədovdan AÇIQLAMA

27-07-2017, 13:58 Yazar:  Məmməd Məmmədov Baxılıb: 158 Çap et
“Rəhim Qazıyevi ifşa etmişdinizsə, bəs nə üçün məsuliyyətə cəlb etmədiniz?” — Etibar Məmmədovdan AÇIQLAMA
“Sabiq müdafiə naziri Rəhim Qazıyevlə və AXC-Müsavat funksionerləri arasında yaranmış gərginliyə müdaxilə etmək istəmirəm. Onların bir-birləri haqqında səsləndirdikləri fikirlərə şərh verməyim doğru deyil”.

Bunu “Ölkə.Az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov bildirib.

E.Məmmədov deyib ki, Rəhim Qazıyev, Əbülfəz Elçibəy, Sülhəddin Əkbər, Arif Hacılı, İsa Qəmbər və digərləri eyni komandanın üzvləri olublar:

“Ona görə də onların bir-birləri barəsində səsləndirdiyi ittihamlara şərh vermək istəmirəm. Sülhəddin Əkbərə də sual vermək olar ki, əgər siz Rəhim Qazıyevi Milli Məclisin qapalı iclası zamanı ifşa etmişdinizsə, bəs nə üçün məsuliyyətə cəlb etmədiniz? Məntiq də bunu deyir. İndi 25 ildən sonra gülməli şeylər danışırlar. Ümumiyyətlə, mən onların arasında olan söhbətlərə qarışmıram. Onlar 25 ildən sonra bir-biri haqqında nəsə deyirsə, buna mən nə üçün şərh verməliyəm?”.

E.Məmmədov AXC-Müsavat hakimiyyəti dövründə müxalifətdə təmsil olunduğunu söyləyib:

“Həmin vaxt mən o komandada olmamışam, onlara müxalifət olmuşam. Ona görə də onlar mənim haqqımda nəsə deyə və ya nəsə demək istəyə bilməzlər”.

Xatırladaq ki, Rəhim Qazıyev “Ölkə.Az”-a müsahibəsində mərhum Əbülfəz Elçibəy, Sülhəddin Əkbər, İsa Qəmbər, Arif Hacılı, Aqil Səmədbəyli və digər şəxslər barədə ittihamlar səsləndirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:41 "AXC-Müsavat rəhbərləri Sürət Hüseynova binamusluq etmişdi" - Araz Əlizadədən yeni QALMAQAL Mediaxeberleri.az xəbər verir ki, bu fikirləri "Ölkə.Az"-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə 15 iyun milli qurtuluş günü ilə bağlı danışarkən bildirib. A.Əlizadə deyib ki, bütün bunlar tarixin reallıqlarıdır və heç kəs onu
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
09:53 Elçibəyin Sovet məhkəməsində 20 yanvarla bağlı çıxışı: “Corc Buş AXC-dən üzr istədi, Özala dedim ki, bu, şiəlik hərəkatı deyil” – TARİX 20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə qanlı gün kimi yazılaraq, onun müstəqillik qazanmasında ən önəmli səhifəsini təşkil edir. SSRİ prezidenti Mixail Qorbaçovun rəhbərliyi ilə qəddarcasına həyata keçirilən bu qətliamda yüzlərlə insan –uşaq, qadın, qoca həlak oldu. Azadlıq Hərəkatının
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az