t s

» » "Khazar Islands” ("Xəzər adaları”) layihəsi dövlətə küllü miqdarda borcuna görə, iş adamı Hacı İbrahim Nehrəmlidən alınıb...

"Khazar Islands” ("Xəzər adaları”) layihəsi dövlətə küllü miqdarda borcuna görə, iş adamı Hacı İbrahim Nehrəmlidən alınıb...

26-07-2017, 16:56 Yazar:  Gülnar Baxılıb: 152 Çap et
"Khazar Islands” ("Xəzər adaları”) layihəsi dövlətə küllü miqdarda borcuna görə, iş adamı Hacı İbrahim Nehrəmlidən alınıb...
"Avesta” konsernin prezidenti, məşhur iş adamı Hacı İbrahim Nehrəmli Xəzər dənizində çoxfunksiyalı "Khazar Islands” ("Xəzər adaları”) layihəsini həyata keçirdiyini, qısa müddətdə dünyada analoqu olmayan bir şəhəri tikəcəyini bəyan etmişdi. Son günlər yayılan söz-söhbətə görə, "Khazar Islands” ("Xəzər adaları”) layihəsi dövlətə küllü miqdarda borcuna görə, iş adamı Hacı İbrahim Nehrəmlidən alınıb. Yaxın günlərdə layihənin yeni rəhbərinin ictimayyətə təqdim olunacağını və bundan sonra sözügedən ərazidə işlərin başlanacağı vurğulanıb. Bu gün mətbuatda yeni "Avesta Group of Companies" MMC Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığını və MMC-nin nizamnamə kapitalı 10 manat olması barədə də informasiya yayımlandı.

Bütün bunlarla bağlı şirkətin təsisçisi Hacı İbrahim Nehrəmli unikal.org vasitəsilə münasibət bildirib.

O, öncə yeni yaradılan şirkət barədə məlumat verib:

"Öncə onu deyim ki, "Avesta Group of Companies" MMC-nin yaradılmasında məqsədimiz kənd təsərrüfatı ilə məşğul olmaqdır. Cənab prezident İlham Əliyevin kənd təsərrüfatı sektoru ilə bağlı göstərdiyi dövlət dəstəyi siyasətinə biz də öz tövhəmizi vermək istəyirik. Yeni yaradılan MMC-nin əvvəlki şirkətimizlə heç bir bağlılığı yoxdur”.

"Avesta” konsernin prezidenti, Xəzər dənizində çoxfunksiyalı "Khazar Islands” ("Xəzər adaları”) layihəsin başqa bir adama verilməsi xəbərinə isə belə münasibət bildirib:

"Mənim bütün obyektlərim yerindədir. "Avesta Concern”ə məxsus hər hansısa bir obyektin əlimdən çıxması şaiyədən başqa bir şey deyil. İnşaAllah sentyabr ayından "Xəzər adaları”nda yeni işlərin şahidi olacaqsınız. "Xəzər adaları”nın köhnə və yeni rəhbəri də özüməm. (Gülür) Artıq bütün işlərim qaydasında gedir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:46 "Khazar İslands": layihə, yoxsa, işbazların "afyorizm" gedişləri?.. - İnşaatda qürubunu yaşayan Nehrəmli bumu... Məlum olduğu kimi, "Avesta" konserninin prezidenti Hacı İbrahim Nehrəmli yenidən "bandotdelə" aparılıb. Yayılan məlumatlara görə, oliqarx Hacı İbrahim Beynəlxalq Bankdan götürdüyü kreditləri ödəyə bilmədiyi səbəbindən Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
19:17 Hacı İbrahim və Mavrodi Ölkədə böyük rezonansa səbəb olan, hələ də davam edən “oliqarxgeyt” qalmaqalında saxlanılnlardan biri də Hacı İbrahim Nehrəmli kimi tanınan məşhur oliqarx oldu. Mediaxeberleri.az xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları kredit
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az