t s

» » Boksçularımız zirvəni əldən vermədi - “Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tutur

Boksçularımız zirvəni əldən vermədi - “Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tutur

24-03-2015, 02:39 Yazar:  Aygün Baxılıb: 571 Çap et
Boksçularımız zirvəni əldən vermədi -  “Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tuturÜmumdünya Boks Seriyası (WSB) 10-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb.

“Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tutur.


56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi amerikalı Fransisko Martinezin 19 xalı var. Siyahıda 3-cü yeri irlandiyalı Maykl Konlan tutur.

Albert Səlimov da fərdi reytinqdə 1-ci yeri tutur. 5 görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır.

Heybətulla Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini qoruyub. Milli komandamızın üzvü 5 döyüşdən sonra 20 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadı. Meksikalı Raul Qarsiya 19 xalla 3-cüdü.

69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov “Astana Arlans”la qarşılaşmada Qazaxıstan boksçusuna uduzaraq, lisenziya qazanmaq şansını çətinə salıb. Boksçumuz reytinqdə 4-cü sırada olsa da, o, lider Rəcəb Butayevdən (Rusiya) 9 xal geri qalır.

4 qarşılaşmadan sonra 20 xal toplayan Abdulqadir Abdullayev (91 kq) hələ ki fərdi reytinqdə 4-cü yeri tutur. Qazaxıstan boksçusu Vasili Levit bu çəkidə liderdi. O, 5 görüşdən sonra 23 xal qazanıb. Kuba təmsilçisi Erislandi Savon 2-ci, polşalı İqor Yakubovski isə 3-cü yeri tutur.

Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 4-cü pillədədir. Amma boksçumuz ilk 3 yeri tutan rəqiblərinin hamısından 1 görüş az keçirib. Siyahıya 25 xalı olan Filip Hrqoviç başçılıq edir. Böyük Britaniya təmsilçisi Cozef Coys 2-ci yerdədir.

Xatırladaq ki, 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio de Janeyro Olimpiadasına vəsiqə qazanacaqlar.ans




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:41 Azərbaycanlı boksçular dünya reytinqində birinci oldu - SİYAHI Bağırov digər rəqiblərinə nisbətən 1 görüş az keçirib. Ümumdünya Boks Seriyası (WSB) 9-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. Azərbaycan Boks Federasiyasından daxil olan məlumata görə, “Baku Fires” klubunun iki üzvü reytinqdə 1-ci yeri tutur. 56 kq çəki dərəcəsində mübarizə
14:05 Azərbaycanlı boksçu 1-ci yerə yüksəldi Heybətulla Hacəliyev 15 xalla reytinqdə 4-cü yeri tutur. Ümumdünya Boks Seriyasında (WSB) yeni fərdi reytinq cədvəli açıqlanıb. 60 kq çəki dərəcəsində dünya və Avropa çempionu Albert Səlimov 4 görüşdən sonra 20 xalla 1-ci yeri tutur. Mediaxeberleri.az xəbər verir ki, “Baku Fires” klubunun üzvü
21:01 Teymur Rəcəbov irəlilədi, Şəhriyar Məmmədyarov yerində qaldı Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Mart ayı üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb. Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Həmyerlimiz ötən ayda olduğu kimi, yenə 13-cü yerdədi. Onun aktivində 2759
20:45 Boksçularımız ermənilərin dərsini verdilər Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir. Mediaxeberleri.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışın ikinci günündə ilk olaraq boksçularımızdan 49 kq çəki dərəcəsində çıxış edən Hacıbaba Fərziyev rinqə çıxıb. Amma həmyerlimiz
14:25 Boksçumuzdan qələbə Bu gün qadın boksçularımızdan 3-ü rinqə çıxacaq. Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Mediaxeberleri.z xəbər verir ki, yarışda 34 ölkənin 240 idmançısı qələbə uğrunda mübarizə aparır. Yarışın ilk günündə rinqə çıxan boksçularımızdan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az