t s

» » Hacı Cavad məscidinin tikintisi nə yerdədir?

Hacı Cavad məscidinin tikintisi nə yerdədir?

2-07-2017, 07:42 Yazar:  Məmməd Məmmədov Baxılıb: 175 Çap et
Hacı Cavad məscidinin tikintisi nə yerdədir?
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakının Yasamal rayonunda yeni ünvanda Hacı Cavad məscidinin tikintisi davam etdirilir.

Mediaxeberleri.az
-ın Trend-ə istinadən məlumatına görə, dövlət başçısının Yasamal rayonundakı Hacı Cavad məscidinin münasib yerə köçürülərək yenidən inşası barədə qərarı dindarlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bütün Azərbaycan dindarlarına töhfə olacaq, milli memarlığımızın ən gözəl ənənələrini ehtiva edən məscid binasının tikintisinə Abbas Mirzə Şərifzadə, 1 ünvanında başlanıb.

Yasamal rayon İcra Hakimiyyəti yanında dini komissiyanın üzvü Hacıxan Mirzə Bağırov bu ərazidə məscidin tikilməsinin dindarları çox sevindirdiyini bildirib: "Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında bu məkanda məscidin tikilməsi Yasamal rayon sakinlərinin çoxdankı arzusu idi. Şükür Allaha ki, bu arzu yerinə yetirildi. Biz bu məscidin layihəsi ilə tanış olanda gördük ki, məsciddə dindarların rahat ibadəti və mərasimlərin keçirilməsi üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub".

O, Hacı Cavad məscidinin sökülmədiyini, sadəcə köçürüldüyünü vurğulayıb: "Məscidin indiki vəziyyətinə görə komissiya təşkil olunub və komissiyanın rəyinə əsasən, məscid qəzalı vəziyyətdə olduğuna görə köçürülüb. Bu, sökülmə deyil, köçürülmədir. Buna görə biz Cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, 2017-ci il aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdi.
Hacı Cavad məscidinin tikintisi nə yerdədir?
Hacı Cavad məscidinin tikintisi nə yerdədir?
Hacı Cavad məscidinin tikintisi nə yerdədir?




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:45 Dövlət müşavirindən məscidin sökülməsinə - Reaksiya Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Azərtac-a müsahibə verib. Mediaxeberleri.az
18:27 "Hacı Cavad" məscidi ilə bağlı son qərarı xüsusi komissiyanın verəcəyi bildirilir Aprelin 12-də səhər saatlarında "Sovetski" adlanan ərazidə, Abdulla Şaiq küçəsində yerləşən “Hacı Cavad” məscidinin sökülməsi xəbəri yayıldı. Məlumata görə, bina şəhər infrastrukturunun genişmiqyaslı yenidənqurması və yeni yolların tikintisi gedən zonada yerləşir. Plana əsasən, memarlıq əhəmiyyəti
14:06 Prezidentdən mühüm tapşırıq: Məscid söküntüsü dayandırılsın Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Bu haqda Azərbaycan
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az